İlham Əliyevin sosial islahatlar paketi

 

Prezidentin dünən keçirdiyi müşavirədə ölkədə həyata keçirilən sosialyönümlü layihələrin növbəti hesabatı verildi. Xalqın həyatında aydın hiss olunan uğurlar real faktların, rəqəmlərin timsalında əyani şəkildə öz təsdiqini tapdı.

İqtisadi sosial məsələlərə həsr olunan tədbirdə son aylarda aparılan islahatların uğurlu nəticələrinin sadalanması ilə yanaşı, dövlət başçısının sosial paket adlandırdığı tədbirlərin anonsu verildi.

 

2017-ci il iqtisadi sabitləşmə, 2018-ci il isə dərin iqtisadi islahatlar ili oldu

 

Ümumiyyətlə, İlham Əliyevin keçirdiyi hər bir müşavirə böyük əhəmiyyət kəsb edir. Dünən isə ölkənin son 2 aydakı inkişaf mənzərəsini dolğun əks etdirən rəqəmləri, mülahizələrini qarşıdakı hədəfləri növbəti dəfə ölkə ictimaiyyətinə təqdim edən Prezident mövcud vəziyyəti, görülən işləri bir daha dərindən təhlil etdi.

2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili isə dərin iqtisadi islahatlar ili adlandıran dövlət başçısı 2019-cu ildə Azərbaycanda iqtisadi artımın yüksək templərlə təmin ediləcəyini vurğuladı.

Həqiqətən 2017-ci ildə iqtisadi sabitliklə bağlı atılan çox önəmli addımlar 2018-ci ildə keçirilən Prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan vermişdi. Bu gün həmin islahatlar bəhrəsini göstərməkdədir. Bu ilin yanvar ayının yekunlarına əsasən, ümumi daxili məhsulun 3 faiz artımı da bunu bir daha təsdiqləyir.

Aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərib. İlin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artması, vergi gömrük orqanları tərəfindən plandan əlavə milyonlarla manatdan çox vəsaitin toplanması, Dövlət Neft Fondunun gəlirlərinin artması onu göstərir ki, bu il Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək.

 

Əhalini narahat edən bütün məsələlər Prezidentin diqqət mərkəzindədir

 

Müşavirə ilə bağlı ilk təəssürat budur ki, Prezident ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələləri bilir onları daim diqqət mərkəzində saxlayır. Onların həlli istiqamətində ciddi tapşırıqlar verir, nəticəsi ilə şəxsən maraqlanır.

Məsələn, şəhid ailələrinə istisnasız olaraq birdəfəlik müavinətlərin verilməsi, bu kateqoriyaya aid insanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata qaldırılması, məcburi köçkünlərlə bağlı geniş inşaat proqramlarının icrası bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.

Bununla yanaşı, son aylarda dövlət başçısının imzaladığı fərman sərəncamlara əsasən, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi, minimum əməkhaqqının 38 faiz artması, yəni 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qalxması bunun müqabilində 223 min insanın pensiya təminatının yaxşılaşdırılması dövlətin bu təbəqəyə göstərdiyi diqqətin əyani təzahürüdür.

Uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri kimi vaxtilə tikilmiş hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli mənzillərin sənədləşməsi məsələsinin həlli istiqamətində imzalanan fərman da çoxlarını sevindirdi. Çünki İlham Əliyevin imzaladığı fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər.

 

Problemli kreditlərlə bağlı məsələ yekunlaşmaq üzrədir

 

Prezident dünənki müşavirədə, həmçinin uzun müddətdir əhalini narahat edən problemli kreditlərlə bağlı məsələyə aydınlıq gətirərək bu istiqamətdə indiyədək genişmiqyaslı araşdırmaların aparıldığını dedi verdiyi müvafiq tapşırığın icra prosesindən danışdı.

Bəlli oldu ki, məsələ artıq neçə vaxtdır müzakirə olunur hökumət üzvlərinə müvafiq göstərişlər verilib, təkliflər paketi hazırlanır. Proses artıq son mərhələdədir işçi qrup bu məsələ ilə çox ciddi məşğuldur.

Məsələnin o qədər sadə proses olmadığını deyən Prezident tapşırıq verdi ki, təkliflər paketləri xalqın mənafeyinin üstün tutulması şərtləri əsasında hazırlansın: "Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir... Bu gün, sadəcə olaraq anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir”.

Göründüyü kimi, Prezident yenə da xalqın mənafeyinin müdafiəçisidir. Bu, həm cəmiyyətimizin hətta ən kiçik narahatlığına səbəb ola biləcək məqamların vaxtında dövlət nəzarətinə alındığını nümayiş etdirir. Prezidentin söylədiyi kimi, Azərbaycan tezliklə bu məsələni həll edib bir daha dünyaya nümunə göstərəcək.

 

İlham Əliyevin sosial paketinin uğurları getdikcə artacaq

 

Son 2 ayda Prezident İlham Əliyev xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində onlarla fərman sərəncamlar imzalayıb, şimal bölgəsində baş verən zəlzələdən dərhal sonra təlaş içərisində olan insanlara dayaq olub, Şamaxıda, Beyləqanda, Sumqayıtda vətəndaşlarla səmimi görüşlər keçirib problemlərini dinləyib. Bütün bunlar Prezidentin xalqın rifahının yüksəlməsinə yönələn siyasətin növbəti təzahürüdür.

Dövlət başçısı dünənki müşavirədə bir daha bəyan etdi ki, xalqın sosial vəziyyətinin yüksəldilməsi istiqamətində sosial paket hazırlayıb. Minimum əməkhaqqının, pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi dünən Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək bu tədbirlərin əhatə dairəsini daha da genişləndirmək məqsədi ilə imzaladığı sərəncam da bu sosial paketin tərkib hissəsidir. Yeni sərəncama əsasən, bir çox kateqoriyalara aid insanların müavinət təqaüdlərinin artırılması da bir daha təsdiq edir ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənəcək.

Bütün bunlar bir daha əminlik yaradır ki, Prezidentin dediyi kimi, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 26 fevral.- S.1.