“Sinəmizə çəkilən dağların
acısını hər gün yaşayırıq”
"Həmin gün 12 nəfərlə birlikdə "Cəfər təpəsi” adlanan postda idik. Təxminən axşam saat 9-dan sonra şəhəri eyni vaxtda tanklardan, toplardan, döyüş maşınlarından aramsız atəşə tutmağa başladılar. Onlar özüyeriyən zirehli döyüş maşınları, güclü texnikalarla şəhəri üç tərəfdən mühasirəyə almaq üçün irəliləyirdilər.
Xocalılılar da elə bilirdilər ki, yenə özlərini qoruya biləcəklər. Güllələr, mərmilər yağış kimi başımızın üstünə yağırdı. Sanki yerlə göy qovuşurdu. Bizim isə avtomat və bir pulemyotdan başqa heç bir silahımız yox idi. Buna baxmayaraq, mərd oğlanlarımız son ana qədər orda döyüşdülər. Şəhər tamamilə yandırıldı”.
27 il öncə Xocalıda yaşanan dəhşətli qətliamı xatırlamaq 59 yaşlı Murad Məhərrəmov üçün çox ağrılıdır. Çünki Xocalı deyəndə, orada keçirdiyi xoşbəxt günləri deyil, heç vaxt gözünün önündən, yuxularından çəkilməyən faciəni təkrar yaşamış olur. Amma nə qədər ağrılı-acılı olsa da, XX əsrin sonunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən dəhşətli cinayəti, erməni vəhşiliyini yalnız faciə qurbanlarını, şahidlərinin diliylə dünyaya çatdırmalıyıq.
Soyqırımının canlı şahidi Murad Məhərrəmov həmin günləri ürək ağrısı ilə xatırlayır.
Xankəndidə yurdu talan oldu, Xocalıda qətliam
yaşadı
- 1988-ci il
sentyabrın ortaları
idi. Ermənilər Xankəndidə azərbaycanlılar
yaşayan evlərə
od vurub
yandırdılar. Hər şeyini
itirən bir ailə kimi dədə-baba yurdumuzu tərk edib əvvəlcə Şuşada
müvəqqəti məskunlaşdıq,
1989-cu ilin avqustunda isə Xocalıda yurd saldıq. Nə biləydik ki, burada bizi daha
ağır faciələr
gözləyir. Xocalıya
köçdüyümüz gündən daha ağır günlərimiz
başladı...
Ermənilərin dinc əhaliyə tutduğu o divanlar gözümün önünə
gəlir. 30 yaşım
olardı. Ailəli deyildim.
Xocalıda abadlıq-quruculuq işləri başlamışdı.
Orda işıq idarəsinin müdiri vəzifəsində
çalışırdım. 1988-ci ildən başlayaraq
həm Əsgəran,
həm də Xankəndi tərəfdən
Xocalı dəfələrlə
ermənilərin kütləvi
hücumlarına məruz
qaldı. Ona görə
də Xocalıda özünümüdafiə batalyonu
yaratmışdıq. Mən də batalyonun üzvü olmuşdum.
Baxmayaraq
ki, Xocalı sakinlərində iriçaplı
silahlar yox idi, sadəcə, ov tüfənglərindən
istifadə etməklə
ermənilərin hücumlarının
qarşısını alırdıq.
Beləcə, fevralın
25-nə kimi dözdük...
Yaralıların iniltisindən,
qadın-uşaq fəryadından
qulaq tutulurdu
Həmin gün ermənilər Qaladərəsi tərəfindən
Xocalıya daxil olaraq dinc əhaliyə
divan tutub, evləri tamam yandırmışdılar. Şəhəri mühasirəyə alanda
30 nəfərə yaxın
qadın, qoca və azyaşlı uşağı yaxınlıqda
bir tərəfi bağlı böyük borunun içində gizlətdik ki, ələ keçməsinlər.
Şəhid qardaşımın həyat yoldaşı Bəsirə də onlarla birlikdə idi. Mühasirəyə düşəndən sonra o insanların taleyindən xəbər bilmədik və bugünədək də heç bir məlumatımız yoxdur.
Küçələrdə hansı tinə dönürdüksə, insan
meyitinə rast gəlirdik. Yaralıların iniltisindən, arvad-uşaq
fəryadından qulaq
tutulurdu. Əvvəldən bir neçə məhlədə binaların,
evlərin altında zirzəmilər qazmışdıq
ki, insanlar artilleriya atəşindən
qoruna bilsinlər.
Avtomat silahlar, tüfənglərlə
savaşırdıq. Son anda mühasirəyə düşdük və ermənilərlə aramızda
küçə döyüşü
başladı. Əsgərlərin yarısı orda şəhid oldu. Onların arasında qardaşım Vaqif də var
idi.
İnsanların çoxu
yolda soyuqdan donub öldü
- Mühasirədən
çıxandan sonra yeganə məqsədimiz qazılmış gizli zirzəmilərdən xəbərsiz
dinc əhalini xilas etmək idi. Təxminən 120 nəfərdən çox insanı Kətik meşəsi istiqamətində çıxara
bildik. Onları Qarqar çayından
çox çətinliklə
keçirdik. Hava şaxtalı
olduğu üçün
çaydan keçmiş
insanlar donmağa başlamışdılar. Çoxları elə soyuqdan
donub öldü.
Təəssüf ki, çıxardığımız
insanların çoxunu
Ağdama yaxın istiqamətdə, Naxçıvanik
ərazisində ermənilər
pusquya salıb qəddarcasına qətlə
yetirdilər. Orda mən də
ikinci dəfə yaralandım.
Meyitlərin burnu, qulaqları kəsilmiş,
gözləri çıxarılmışdı...
- Qanlı faciənin 19-cu günü
dörd nəfərlə
gizli yollarla gedib meşələrdə,
dağda-dərələrdə, qarlı çöllərdə
qalan meyitləri tapıb gətirilməsinə
kömək etdik. Qətlə yetirilmiş günahsız
insanlardan 81 nəfərin
meyitini ailələrinə
təhvil verdik.
Təsəvvür edin, elə bir meyit yox
idi ki, onun
üzərində işgəncə
əlaməti olmasın. Meyitlərin burnu,
qulaqları kəsilmiş,
gözləri çıxarılmış,
balaca körpənin üzünə ağır
çəkmə ilə
çıxıb tapdalamışdılar.
Meyitlərin üzlərinə xaç da çəkmişdilər.
Hələ də o dəhşətli
səhnələr gözümün
önündən getmir. Axı onların
nə günahı var idi?! Atam deyirdi ki, heç
faşistlər bu cür hərəkət etməyiblər. Onun ağır
təsirini hələ
də yaşayıram.
Əvvəl yuxuda görürdüm
ki, əsir düşürəm və
təslim olmamağa çalışıram. Özümü güllə ilə vurmaq istəyən yerdə hər dəfə silahın səsinə oyanırdım.
İndi,
şükür ki, o yuxuları daha görmürəm. Bunu
yaşamaq çox ağırdır...
Yaralanan zaman qəlpələr çənəmi dağıtmışdı. Səhhətimdə
hələ də müharibədən qalma problemlər var. Hər il müalicə
alıram.
Hər iki valideynini itirən 25 uşaqdan 5-i şəhid qardaşımın uşaqlarıdır
- O gün hər iki valideynini
itirən 25 uşaqdan
5-i - Vəsilə, Natiq,
Vüsalə, Səbinə
və Namiq şəhid qardaşımın
uşaqları idi. Həmin vaxt ən böyüyünün
12 yaşı var idi. Döyüş başlayanda qardaşım
onları təyyarə
ilə gətirib Ağdamda bacımgilə yerləşdirmişdi.
Uşaqlara kiçik bacım Südabə ilə mən baxırdım. Onları ata
qayğısına, ana
nəvazişinə həsrət
qoymadıq. Bacım onlara
görə ailə də qurmadı. Bütün həyatını onlara həsr etdi. Mən də uşaqların ən kiçiyinin 18 yaşı olanda ailə həyatı qurdum. İndi o uşaqlardan üçünün
öz ailəsi var.
Biz hələ
də torpaq həsrəti ilə yaşayırıq. İçimizdə çəkdiyimizi ancaq onu yaşayanlar
bilər. Orda çadır
qurub yaşasam, elə bilərəm ki, dünya mənimdir. Vətəndə vətənsiz qalmaq
çox ağrılı
dərddir.
1997-ci ildə
ulu öndər Heydər Əliyevin sərəncamı ilə
Murad Məhərrəmov
"İgidliyə görə”
medalı ilə təltif edilib. Ramana qəsəbəsində salınmış
Şuşa şəhərciyində iki
evlə təmin olunan Məhərrəmovlar
ailəsinin də ən böyük arzusu Xocalıya qayıtmaqdır.
Onlar nə qədər ağrılı olsa da, 27 ildir yaşadıqları
faciənin, dəhşətli
işgəncələrin acılarından
söz açırlar. Qəlbləri sızıldayır, kədər
içində boğulurlar.
Amma onlara bu əzabı,
işgəncələri yaşadanlar
layiqli cavablarını
almayıblar. Təəssüf ki, dünya birliyi hələ də erməni vandalizminə layiqli qiymət vermir. Səbəbi isə hər kəsə bəllidir...
Fərizə ƏHMƏDOVA
Azərbaycan.- 2019.-26 fevral.-
S.7.