Xocalı qan yaddaşımızdır
Bakıdakı Milli Qəhrəman
Cavanşir Rəhimov adına 146 nömrəli tam orta məktəbdə
tez-tez xalqımızın tarixindən, qəhrəmanlığından,
azadlıq və istiqlaliyyət uğrunda mübarizəsindən
bəhs edən tədbirlər keçirilir. Şagirdlər
torpaqlarımızı müdafiə edərkən canından
keçən şəhidləri daim ehtiramla anırlar,
onların keçdiyi döyüş yolunu öyrənirlər.
Erməni separatçılarının törətdiyi
Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində
keçirilən "Xocalı qan yaddaşımızdır”
məzmunlu tədbirlər də bu qəbildəndir.
Məktəblilər
Xocalı faciəsi haqqında müəllimlərindən
eşitdikləri, kino və tamaşalarda gördükləri,
kitablardan oxuduqları acı həqiqətləri bu günlərdə
bir daha xatırladılar. Məktəbdə, eləcə də
ayrı-ayrı siniflərdə keçirilən tədbirlərdə
uşaqlar Xocalı haqqında bildiklərini danışdılar,
şeirlər söylədilər.
Birincilər də bu tədbirdən
kənarda qalmayıblar. Müəllimləri Gülər Səmədova
uşaqlara Xocalı barədə ətraflı məlumat
verib. İndi onlar bilirlər ki, düşmən Xocalıda hətta
uşaqlara da qıyıb, neçə-neçə körpə
işgəncə ilə öldürülüb. Birincilər
müvəqqəti işğal altında olan rayonları da
bir-bir yada saldılar. Onlar bu bölgələrin
adlarını yazıb yaxalarına vurmuşdular.
Xocalı faciəsi
böyüməkdə olan nəslin yaddaşından heç
vaxt silinməyəcək.
Azərbaycan.- 2019.-26 fevral.- S.9.