İsveçrə azərbaycanlıları Xocalı
soyqırımı ilə əlaqədar aksiya
keçiriblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində İsveçrədə Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, paytaxt Bern şəhərinin mərkəzi Kornhausplatz meydanında Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən kütləvi aksiya təşkil olunub.
Əvvəlcə aksiya iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Aksiya iştirakçıları tərəfindən üzərində “Xocalıya ədalət!”, “Xocalı hadisələrinə siyasi qiymət verilməlidir!”, “Biz torpaqlarımızın azad olunmasını tələb edirik” kimi şüarlar yazılmış plakatlar nümayiş etdirilib. Meydanda qurulmuş sərgidə Xocalı faciəsinə aid şəkillər, uşaqlar tərəfindən “Xocalı uşaqların gözü ilə” mövzusunda çəkilən rəsm əsərləri və dünyanın ən nüfuzlu mətbu orqanlarında qətliam barədə dərc olunmuş məqalələr nümayiş etdirilib.
Aksiya çərçivəsində,
həmçinin Qərb ölkələrində kədər
rəmzi olan yüzlərlə sarı gül Ermənistanın Azərbaycana
qarşı təcavüzü və Xocalı
soyqırımı haqqında faktların əks olunduğu broşürlərlə birgə yerli əhali və şəhərin
qonaqları arasında paylanıb.
Azərbaycan.-
2019.-26 fevral.- S.9.