Yaddaşlarda qalan faciə

 

Xocalı uşaqları doğma yurda qayıtmaq ümidi ilə böyüyürlər

 

Xocalı - qan-qada, fəryad, göz yaşı... Xocalı - XX əsrin faciəsini yaşamış xocalılıların müsibətləri, harayları... dilə gətiriləsidir, qələmə alınası. 27 ildir ki, bu dərd daşımızı çəkirik. Hansı tərəfdən baxırıqsa, amansızlıqları əks etdirən mənzərələri görürük.

Məhz elə buna görə dəhşətləri - bir-birinin ardınca ermənilər tərəfindən törədilən faciələri unutmamaq üçün ulu öndər Heydər Əliyev demişdir: "Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə soyqırımı siyasətinin qanlı səhifəsidir...”

Azərbaycan Prezidenti İlham Əliyev isə Xocalı faciəsinin təsadüfi hadisə olmadığını bildirmişdir: "Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu, iki yüz ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı etnik təmizləmə siyasətinin tərkib hissəsi idi”.

1992-ci il fevralın 25-dən 26-na keçən o müdhiş gecə! Bundan sonra çox müsibətlər yaşadıq: Ağdaban, Qaradağlı, Quşçular, Bağanis-Ayrım...

 

Qarabağın ərşə qalxan ahıdır Xocalı

 

Xocalısız ötən 27 il ərzində Qarabağda doğulmayan, ata-baba yurdu yağmalanan xocalılılar dünyaya gəldilər. Bu gün onlar ömürlərinin gənclik dövründədirlər: 27 yaşları var. Əlbəttə, onlar Xocalıdan perik düşüb böyüsələr , ulu yurd yerlərinin coğrafiyasını, mədəniyyətini, tarixini, etnoqrafiyasını öyrənib yaddaşlarında möhkəmləndirirlər. Kosalar kəndində dünyaya göz açmış, Dövlət İmtahan Mərkəzi Gəncə Regional Bölməsinin sədri Nəsimi Məmmədov doğma Xocalısında doğulmasalar da, canları-qanları ilə o yurdlara bağlı şagirdlərin valideynlərinin üzləşdiyi fəlakətin, talelərində buraxdığı izin heç zaman unudulmayacağını dilə gətirərək dedi ki, dövlət başçısının məcburi köçkün soydaşlarımızın, o cümlədən məktəblilərin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi humanizm siyasətinin nəticəsidir ki, bu gün nəinki respublikamızın, Avropanın, yaxın-uzaq dost qonşu dövlətlərin nüfuzlu ali təhsil ocaqlarından onların sorağı gəlir: "Erməni vandalları Xocalı şagirdlərinin doğma məktəblərini, sinif otaqlarını da əllərindən alıb darmadağın etdilər. Məktəbsiz, müəllimsiz qalan uşaqlar respublikanın 40-dan artıq yaşayış məntəqəsində məskunlaşdılar”.

"Xatırladaq ki, Xocalı məktəblilərinin ixtiyarında 12 tam orta, bir Uşaq Gənclər İnkişaf Mərkəzi var. Bu təhsil ocaqları Xocalı əhalisinin daha çox məskunlaşdığı 5 bölgədə (Bakı, Gəncə, Şəki, Oğuz, Goranboy) fəaliyyət göstərir. Onlardan 9-u "Qaçqınların məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılmasıDövlət Proqramına uyğun olaraq yeni inşa olunmuş müasir tipli, Xocalı şəhər 2 nömrəli, Kərkicahan qəsəbə Qaragav kənd tam orta məktəbləri isə uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir”.

Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev ötən ilin uğurları, problem qayğıları ilə bağlı fikirlərini bölüşərkən onu da bildirdi ki, 2018-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən rayonun IX sinifləri üzrə iki, XI siniflər üzrə 1 dəfə buraxılış imtahanı, ali məktəblərə isə iki dəfə qəbul imtahanı keçirilib. IX siniflər üzrə iki mərhələdə keçirilən buraxılış imtahanında yeni model tətbiq olunub nəticələr yüksək balla qiymətləndirilib...”

 

Şəhidlərin qəm daşıyan ruhu...

 

2018-ci ildə Meşəli kənd tam orta məktəbindən başqa digər məktəblərdə şagirdlərin çoxu yüksək nəticə göstərib. Ötən tədris ilində ali məktəblərə qəbul olunanlardan 5 nəfəri 500-dən (Xocalı şəhər 2, 3 5 nömrəli, Kərkicahan, Kosalar kənd tam orta məktəblərinin hər birindən bir nəfər), 3-ü isə 600-dən artıq balla seçdikləri ixtisasa qəbul olunublar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Ən yaxşı təqdimatmüsabiqəsinin respublika mərhələsində Xocalı şəhər 3 nömrəli tam orta məktəbin şagirdi seçilib. Ulu öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ümumrespublika şahmat yarışında iştirak edən 6 nəfərdən ibarət komanda yüksək göstəricilər qazanıb.

Ötən il Xocalı məktəblərinin 8 şagirdi fənn olimpiadalarının zona mərhələsində iştirak edib. 2018-ci ilin mart ayında VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin rayon zona mərhələsində yüksək nəticə göstərilib. Ona görə iki şagird respublika mərhələsinə qatılıb. Bunlardan əlavə, istedadlı şagirdlər arasında "Ədəbiyyat bilicilərimüsabiqəsi keçirilib, rayon mərhələsinin qalibi, Xocalı şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rövşən Ələkbərli isə respublika mərhələsinin iştirakçısı olub.

Xocalı məktəbləri ötən dərs ilində pulsuz dərsliklərlə tam təmin olunub. Rayonun təhsil müəssisələrində 135 ədəd kompüter dəsti var.

Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, Xocalı məktəbliləri 2018-ci il ərzində iki dəfə "Ölkəmizi tanıyaqdevizi altında keçirilən gəzintidə iştirak edib. Bu, təbii ki, onların respublikamızın müxtəlif bölgəsinin tarixi, mədəniyyəti sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılması baxımından mühüm vasitədir.

 

"Cəngiüstə köklənib sədası...

 

Daim tələbə, abituriyent, məktəblilərlə həmsöhbət olan, onların qayğı problemləri ilə bağlı düşüncələrini bölüşən Xocalı RİH başçısının müavini Lamiyə Qarayeva bu dəfə tar-mar olunmuş Xocalısının dəhşətli günlərinə boylandı. Çox şey deyə bilmədi. Yalnız onu xatırlatdı ki, Xocalı faciəsi ötən müddət ərzində təkcə siyasətçilərin deyil, yaradıcı insanların da əsas mövzularından birinə çevrilib. Bu faciə barədə bədii əsərlər yaranmışdır. Zaman keçdikcə faciənin ağrı-acıları daha yanıqlı ağrıdıcı olur: "Bu mövzu yalnız şair yazıçılarımızın, jurnalistlərimizin deyil, eyni zamanda təhsil sahəsində çalışanların da yaradıcılığında əks olunmaqdadır. Şagirdlərimiz həmin əsərlər vasitəsilə Xocalı müsibəti soyqırımını, eləcə digər faciələrimizi yaddaşlara yazırlar”.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.-26 fevral.- S.10.