27 ilin
acısı
Erməni separatçılarının
vəhşiliyi
1992-ci il fevral ayının 25-dən
26-na keçən gecə
erməni silahlı birləşmələri keçmiş
SSRİ-yə məxsus
olan və o dövrdə Dağlıq
Qarabağın Xankəndi
şəhərində yerləşən
366-cı alayın bilavasitə
iştirakı ilə
6000 nəfərdən çox
azərbaycanlının yaşadığı
Xocalı şəhərinə
5 istiqamətdən hücum
etdilər.
Xocalı şəhəri 4 aydan artıq idi ki, erməni silahlı birləşmələri
tərəfindən mühasirə
vəziyyətində saxlanılır,
əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda
xəstələr, yaralılar,
qocalar, qadınlar və uşaqlar vardı.
Azğınlaşmış erməni quldurları özlərinin muzdlu və xarici havadarlarının köməyi
ilə həmin gecə Xocalı şəhərini yerlə
yeksan etdilər. 366-cı alaya məxsus çoxsaylı ağır
texnikanın köməyi
ilə şəhər
tamamilə dağıdıldı
və yandırıldı.
Əliyalın dinc mülki
əhali dəhşətli
qırğına məruz
qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz
vəhşiliklə məhv
edildi. Ermənilər XX əsrin sonlarında
sivilizasiyalı bəşəriyyət
üçün üz
qaralığı olan
növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər.
Bu vəhşi aksiyada məqsəd şəhərin bütün
əhalisini məhv etmək idi. Ancaq taleyin hökmü ilə bir neçə
Xocalı sakini tarixə şahidlik etmək üçün sağ qaldı.
Azərbaycan Müdafiə Nazirliyi tibbi xidmətinin rəisi Xanlar Hacıyev xidməti işi ilə çox ölüm və əzablarla qarşılaşsa da, Xocalı hadisələri zamanı törədilmiş
vəhşiliklərdən dəhşətə gəlmişdi. Donmuş qızın
üzünün bıçaqla
kəsilməsi, döyüşçünün
bağırsaqlarını çıxararaq qarışdırılması
bu cür vəhşiliklərə misaldır.
Əhməd bəy Ağayev yazırdı:
"Yer üzərində
Allahın yaratdığı
nə qədər vəhşi və yırtıcı varsa, onlar başqa heyvanları parçalayırlar,
amma öz həmcinslərinə toxunmurlar.
Nə acıdır ki, vəhşi heyvanların etmədiklərini ermənilər
etdilər. Tarixdə buna
bənzər heç
bir hadisəyə rast gəlməmişik”.
Erməni quldur dəstəsinə yardımçı olan
366-cı motoatıcı alayın
komandiri Zaqviqarov, erməni separatçılarına
həvəslə silah-sursat
verən general-polkovnik
Qromov, general-leytenant Qrekov və polkovnik Qraule döyüşdə iştirak
ediblər. Günahsız azərbaycanlıları həvəslə
güllələyənlər arasında Baylukov, I batalyonun komandiri polkovnik İ. Moifeyev, II batalyonun komandiri mayor Novatix, rota komandiri
baş leytenant O.Mirzoxalvarov, tank komandiri V.Qarmaş və başqaları dinc əhalini meydana yığıb güllələyərək
ağır cinayət
törətmişlər. Fevralda Xankəndiyə
xeyli sayda uçuşlar olub. Həmin pilotlar muzdla tutulmuş Suriya və Livan erməniləri
idi. Onların kimlərdən ibarət olduqlarına diqqət yetirək:
17 ¹ li vertolyot, pilotu İrəvandan olan hərbi qulluqçu Ararat
Saracyan
29 ¹ li vertolyot, pilotu Livan vətəndaşı
Zahid əl-Məhəmməd
39 ¹ li vertolyot, pilotu Livan ermənisi Romb Qalakçiyan
40 ¹ li vertolyot, pilotu suriyalı erməni Razdan Minoyan
45 ¹ li vertolyot, pilotu İrəvan polis əməkdaşı
Suren Pirimyan.
Həmin vertolyotlar
1992-ci il 22 fevralda Xankəndiyə uçuş edərək
366-cı motoatıcı alayın
tərkibinə qatıldılar.
Onlar 1992-ci il
fevral ayının
26-da saat 16-dan 24-dək Xocalını
bombalamaq üçün
89 ədəd raket buraxmışdılar. Fevralın 26-da Zahid əl-Məhəmməd
və Suren Pirimyan döyüşdə
fəallıq göstərdiklərinə
görə "Qızıl
Xaç” ordeni ilə təltif olunublar. General-leytenant
Yuri Qrekovun verdiyi məlumata görə,
"Xocalı ərazisini
azərbaycanlı yaraqlılardan
təmizləmək üçün
"Qrad” və "Uraqan” tipli artilleriya
qurğularından istifadə
olunmuşdu”. Həmin vaxt
azərbaycanlılara qarşı
törədilən ağılasığmaz
vəhşilikləri Fransadan
gəlmiş operatorlar
Jül Barilyan və Şerik Staryan güllələnmiş
xocalılıların meyitlərini
02-19 MM nömrə nişanlı
"KamAZ” avtomaşınında
gətirib qaladıqları
tonqallarda yandırma səhnəsini görsələr
də, çox soyuqqanlılıqla lentə
aldılar. Ona görə
ki, onların qanında, canında azərbaycanlılara qarşı
ölçüyəgəlməz dərəcədə kin-küdurət
var idi.
Canilərin canisi Zori Balayan
1935-ci ildə Xankəndidə
anadan olub, orada boya-başa çatıb, Azərbaycanın
suyunu içib, havasını udub. İxtisasca həkimdir.
Lakin o öz sənətinin ardınca gedib müalicə etmək, şəfa verməkdən
vaz keçib. Uzun müddət "Komsomolskaya pravda”
qəzetində müxbir
işləyib. Azərbaycan xalqına
qarşı böhtan
xarakterli yazılar yazmaqla məşğul olub. Yaxşı yadımdadır, 1963-cü ilin
oktyabr ayının
16-da "Komsomolskaya pravda” qəzetində
dərc edilmiş məqaləsində yazmışdı:
"Ermənistan SSR-in dilbər
guşələrindən olan
Şuşa şəhəri,
oradakı mədəniyyət
abidələri oranın
erməni xalqının
qədim yaşayış
məskəni olmasından
xəbər verir...”
Açığını deyim ki, bu
məsələyə ciddi
yanaşılmadı, əhəmiyyət
verilmədi. 1987-ci ildə
çapdan çıxmış
"Sovet hüquqlarının
əsasları” kitabında
oxuyuruq. "Uçitelğ nemeüskoqo
əzıka, şkola
¹2, qorod Stepanakerd Armənskiy SSR”. Millətlərarası ədavət yaradan bu cani bir-birinin
ardınca azərbaycanlıların
heysiyyətinə toxunan
əsərlər çap
etdirirdi. 1984-cü ildə
20 min tirajla buraxılan
"Ocaq” kitabı,
1986-cı ildə çapdan
çıxan "Yolda”
povesti və nəhayət, 1996-cı ildə
"Ruhumuzun canlanması”
kitabı işıq üzü gördü. Sonuncu kitabı azərbaycanlıların
tökülən nahaq
qanı ilə yazılıb. O yazır:
"Mən uşaqlıq
dostum Xaçaturla Xocalı şəhərində
bir türk evinə girdik. Bizim əsgərlər tərəfindən
qollarından pəncərə
çərçivəsinə mıxlanmış 13 yaşlı
bir türk uşağını gördük.
O qışqırırdı. Onun zəhlətökən səsini
eşitməmək üçün
Xaçatur yeniyetmənin
anasının kəsilmiş
döşünü onun
ağzına dürtdü.
Mən də həmin türkün başının,
qarnının və sinəsinin dərisini soydum. Sonra saata baxdım.
7 dəqiqədən sonra türk balası çoxlu qan itirməsi nəticəsində öldü.
Mən həkim olduğum üçün bu hərəkətimə bir
o qədər də sevinmədim. Məni sevindirən
o idi ki, mən xalqımın qisasını aldım.
Sonra Xaçatur yeniyetmənin cəsədini balta ilə parçalayıb itlərə atdı.
Axşamçağı daha üç
türk yeniyetməsini
bu yolla qətlə yetirdik. Mən bununla da erməni xalqını sevən bir adam
kimi öz borcumu yerinə yetirdim. Sonra dostum Suren dedi:
"Biz yırtıcı deyilik,
ona görə də ürəyimizi buz kimi saxlamalıyıq.
Türk cəlladlarının qətlə
yetirdikləri ermənilərin
ruhları az da olsa sakitləşəcək”.
366-cı motoatıcı
alayın azərbaycanlıların
qanını axıdan
zabitlərindən biri
də törətdikləri
cinayətə görə
cəzalandırılmadı. Livandan,
Suriyadan, Beyrutdan gələn muzdlu əsgərlərdən Livan
ermənisi Daud Xeyriyanın 2000-ci ildə
işıq üzü
görən "Xaç
naminə” kitabından
bir hissəni nəzərinizə çatdırmaq
istərdim: "Biz şaxtalı
qış günündə
erməni işğalında
olan ərazidəki Daşbulaq yaxınlığından
1 kilometr bataqlığı
keçmək üçün
meyitlərdən körpü
salmalı olduq. Mənim meyitlərin üstündən
keçib getmədiyimi
görən polkovnik Seyran Ohanyan (sonra müdafiə naziri oldu) mənə
bildirdi ki, qorxmaq lazım deyil, bu, müharibənin
qanunudur. Mən qana
bulaşmış meyitlərin
üstündən keçib
getdim”.
Daud Xeyriyan yazır: "Martın 2-də
"Qaflan” erməni qrupu 200-dən artıq azərbaycanlı meyitini yığıb Xocalıdan
təxminən 1 km aralı
olan qəbiristanlıqda
yandırırdı. Axırıncı maşında mən alnından və qolundan yaralanmış 10 yaşlı bir qız uşağı gördüm. Sifəti göyərmiş
bu uşaq aclığa, soyuğa, yaralarına baxmayaraq, hələ də sağ idi. O, sakitcə nəfəs alırdı. Ölümlə çarpışan bu uşağın baxışlarını unuda
bilmirəm və heç vaxt unutmayacağam. Bir qədər
sonra Tiqran adlı əsgər qızın saçlarından
tutub alovlanmaqda olan meyit tonqalına
atdı. Mənə
elə gəlirdi ki, yanan meyitlərin
arasında kim
isə qışqırır,
köməyə çağırırdı.
Bu vəhşiliyi gördükdən sonra mən daha yeriyə
bilmədim”. Bu, erməni
vəhşiliyinə erməninin
etirafıdır!
Qarabağın ən qədim məskənlərindən
biri olan Xocalıda törədilən
erməni cinayətkarlığı
dünya tarixində vəhşilik baxımından
analoqu çox az olan ən dəhşətli genosid idi.
Əvəz LƏLƏDAĞ
Azərbaycan.- 2019.-26 fevral.- S.10.