Xocalı soyqırımı ekran əsərlərində...

 

Xocalı soyqırımı... Bu iki kəlmənin içərisində yüzlərlə insanın başına gətirilən dəhşətlər - qırılan ömürlər, yarımçıq qalan arzular, söndürülmüş ocaqlar, heç zaman sağalmayan fiziki və mənəvi yaralar, ağlasığmaz işgəncələr, göz yaşları, ağrı-acılar, dərd, qüssə... var.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin iştirakı ilə yerlə yeksan etdiyi, uşağına, qadınına, qocasına aman vermədiyi o şəhərdən geriyə qalan fotoşəkillərə, lent yazılarına bu gün də həyəcansız baxmaq mümkünsüzdür...

 

Xocalının "Haray”ı

 

Aradan iyirmi yeddi il ötsə də, o dəhşətli gecənin qanlı izləri qalır. Yalnız həmin soyuq fevral günlərində yerlixarici fotoqrafların çəkdikləri fotoşəkillərdə, kameranın yaddaşına köçürdüklərində, Xocalının işğalını gözləri ilə görənlərin, ağrı-acılarını yaşayanların xatirələrində də o faciələr bu günolduğu kimidir. Rəssamlar, heykəltəraşlar, yazıçılar, şairlər, rejissorlar Xocalı qətliamından bəhs edən əsərlərini həmin reallıqlara əsaslanaraq, yazılmış və yazılmamış tarixi faktlardan istifadə edərək yaradırlar.

Xocalı faciəsi haqqında ilk tammetrajlı bədii filmlər çox ağır bir vaxtda - 1993-cü ildə ekranlarda nümayiş olundu. Onlardan biri yazıçı Nüşabə Məmmədovanın "Haraypyesinin motivləri əsasında çəkildi. Filmin ssenari müəllifi Nüşabə Məmmədova və Eldəniz Quliyev, quruluşçu rejissoru Oruc Qurbanovdur. "Mozalan” studiyasının istehsalı olan filmin çəkilişlərinə Xocalı, Hacıkənd, Xanlar (indiki Göygöl), Goranboy rayonlarının və Gəncə şəhərinin camaatı kömək göstərdi.

"Haray” Qurani-Kərimin "Fatihə” surəsinin oxunuşu ilə başlayır. Daha sonra ekranda Xocalı faciəsində ermənilərin vəhşicəsinə qətlə yetirdikləri, meyitləri düzlərdə qalan şəhidlərimizi görürük. Onların arasında uşaqlar, qocalar, cavanlar var. Bu görüntülər tamaşaçılara Xocalı soyqırımında erməni cəlladlarının kimsəyə aman vermədiklərini xatırladır.

Ekran əsərində iki yeniyetmənin - qardaşla bacının düşmən əhatəsindən çıxmaq üçün ağlagəlməz əzab-əziyyətlərə qatlaşmaları təsvir edilir. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri dəhşətli işgəncələrin şahidi olan bu iki yeniyetmə çıxış yolunu özlərini dağdan atmaqda görürlər.

 

"Fəryad”a çevrilən ağrılar...

 

Elə həmin il - 1993-cü ildə Xocalı faciəsi ekranlarımıza "Fəryad”la da gəldi. Baş qəhrəmanı - İsmayılı tamaşaçılar "Ögey ana” filmindən tanıyırdılar. Artıq böyüyüb ailə sahibi olmuş İsmayıl Hüseynov batalyon komandiridir. Vətən torpaqlarının erməni işğalçılarından azad olunmasında döyüşür. Mərd komandir düşmənlər tərəfindən əsir götürülərək işgəncələrə məruz qalır.

Filmdə nümayiş etdirilən hadisələr real faktlara əsaslanır. Baş qəhrəmanın prototipi Qarabağ müharibəsində iştirak edən döyüşçülərimizdən biridir. Tammetrajlı bədii filmdə güllələnmiş, soyuqdan donmuş xocalılıları da elə Xocalı sakinləri özləri canlandırdılar. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdi.

"Fəryad”ın ssenari müəllifi Vaqif Mustafayevdir. Filmdə "Ögey ana”nın kadrlarından da istifadə olundu. Quruluşçu rejissoru baş rolun ifaçısı olduğu bu ekran əsəri Ceyhun Mirzəyevin kinoda son işi oldu. O, böyük ürək ağrısı, əziyyətlə çəkdiyi bu filmi izləyə bilmədi.

Dağlıq Qarabağda erməni işğalçıları xalqımızın dinc güzəranını pozdu, əsir götürdükləri azərbaycanlılara ən ağır işgəncələr verdilər. 1998-ci ildə çəkilən "Qırmızı qaradlı film bu fəlakətləri ekranlara gətirdi. Azərbaycan Televiziyasının istehsalı olan film Ağarəhim Rəhimovun "Gəlinqayada qoşa məzarpovesti əsasında lentə alındı. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyovdur.

 

"Günəşin batdığı yer”də...

 

2012-ci ildə çəkilən tammetrajlı bədii-sənədli televizya filmi - "Günəşin batdığı yer erməni vəhşiliyi nəicəsində dağıdılmış, talan edilmiş, sakinləri qətlə yetirilmiş Xocalıdan bəhs edir. Filmdə bədii səhnələrdə aktrisa Aybəniz Əhmədova çəkildi. Ssenari müəllifi Eldar İsgəndərzadə, rejissoru Elşən Zeynallı olan bu film Bakı şəhərində Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində lentə alındı. Kütləvi səhnələrdə 1500 nəfərdən çox insan iştirak etdi.

Film baş verən hadisələr zamanı öz doğma övladını boğmağa məcbur olmuş bir ananın dəhşətli hekayəsinin fonunda təqdim olunur. Ekran əsərinin əsas süjetini Xocalını tərk etmək məcburiyyətində qalan, bütün qırğınları öz gözləri ilə görən şahidlərin tükürpədici müsahibələri, açılmış cinayət işinin beynəlxalq konvensiyalara görə soyqırımı olmasını təsdiq edən faktlar, canlı xronika təşkil edir. Xocalı soyqırımı haqqında faktların əksini tapdığı bu film ingilis, rus, fars erməni dillərinə tərcümə edilib nümayiş olunub.

 

"Biz qayıdacağıq

 

2007-ci ildə rejissor Elxan Qasımovun "Azərbaycanfilmkinostudiyasında ekranlaşdırdığı "Biz qayıdacağıqbədii filmi Xocalı soyqırımından çox məcburi köçkünlərin ağrılarından bəhs edir. Filmdə bir neçə xronikal kadrdan quraşdırma səhnələrdən istifadə olunub.

Azərbaycan torpaqlarının işğalı, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, Xocalı soyqırımı, yurdundan qovulmuş soydaşlarımızın çətin həyatı filmin süjet xəttinin əsasında dayanır. Baş qəhrəman Xocalıdan olan yeniyetmə oğlandır. Müharibənin bütün dəhşətləri onun gözləri qarşısında baş verib, atası da Xocalı qətliamında həlak olub. Öz torpağına qayıtmaq bu yeniyetmənin ən böyük arzusudur. Gözəl səsi olsa da, Musiqi Akademiyasına getməyə hazırlaşsa da, o, fikrini dəyişir, Hərbi Akademiyaya oxumağa yollanır.

Xocalı faciəsi barədə həqiqətlər Mədəniyyət Turizm Nazirliyinin "Salnaməkinostudiyasında çəkilən "Dua”, "Azərbaycantelefilm”də lentə alınan "Xocalı”, "Xocalı soyqırımı”, "Xocalı şahidləri”, "Yaddaşsənədli filmlər studiyasında istehsal edilən, Azərbaycanın Milli qəhrəmanları Elman Hüseynov, Füzuli Rüstəmov Əliyar Əliyevə həsr olunan "İlk komandir”, "Xocalının zamini”, "Pəhləvan komandir başqa sənədli filmlərdə əksini tapdı.

2014-cü ildə Xocalı soyqırımına həsr olunmuş "Sonsuz dəhliz” ("Endless Corridor”) filmi ekranlaşdırıldı. Film o dəhşətli hadisələrin şahidi olmuş litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında quruldu, Qarabağın Azərbaycan tarixi mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlər verildi. Litvalı rejissor Aleksandras Brokasın çəkdiyi Xocalı qırğınından söz açan bu sənədli film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlandı. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlara, sənədlərə vaxtilə çəkilmiş videogörüntülərə, fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

Erməni vəhşiliyi nəticəsində xüsusi amansızlıqla qətlə yetirilmiş şəhid, eləcə ağır fiziki mənəvi zərbələrə məruz qalmış şahid Xocalı sakinlərinin taleyindən, hadisələrin mahiyyətindən, faktlardan baş vermiş soyqırımıdan bəhs edən ekran əsərləri bundan sonra da çəkiləcək. İstər bədii, istərsə sənədli filmlər yalnız xocalılıların başlarına gətirilən müsibətləri təsvir etməyəcək, həm dünyaya Xocalı soyqırımı barədə həqiqətləri danışacaq.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.-26 fevral.- S.10.