Küveyt Dövlətinin Baş naziri Əlahəzrət Şeyx
Cabir əl-Mübarək əl-Həməd
əs-Sabaha
Əlahəzrət,
Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Küveyt münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 fevral 2019-cu il.
Azərbaycan.- 2019.- 27 fevral.-
S.3.