İlham Əliyev R.T.Ərdoğanı təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə ona yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı zamanı ermənilərin günahsız insanların qətlə yetirilməsini bir daha pisləyərək, bu faciə ilə bağlı Azərbaycan Prezidentinə və xalqımıza başsağlığı verib.
Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.
Prezident
İlham Əliyev və Prezident
Rəcəb Tayyib Ərdoğan ölkələrimiz
arasında dostluq və qardaşlıq
münasibətlərinin bundan sonra da uğurla
inkişaf edəcəyinə və
möhkəmlənəcəyinə əminliklərini ifadə
ediblər.
Azərbaycan.-
2019.- 27 fevral.- S.3.