Lənkəranda Xocalı soyqırımının 27-ci ildönümü qeyd olunub

 

Lənkəran şəhərində də Azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı "Ana heykəli” qarşısında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, tələbə-gənclər, hərbi hissələrin şəxsi heyətləri abidə-kompleksin önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.

Rayonun idarə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında Xocalı soyqırımına həsr edilmiş dərslər, anım tədbirləri, xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil edilib, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.

 

Azərbaycan.- 2019.-27 fevral.- S.6.