Salome Zurabişvili: "Regiona
ilk səfərimi dostumuz
olan qardaş Azərbaycana
edirəm"
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, prezidentlər görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
-Hörmətli xanım Prezident, mən Sizi Azərbaycanda
səmimiyyətlə salamlayıram,
ölkəmizə xoş
gəlmisiniz.
İlk növbədə, bu yaxınlarda prezident seçkilərində qazandığınız
qələbə münasibətilə
Sizi təbrik edirəm, Sizə uğurlar arzulayıram.
Əminəm ki, Sizin səfəriniz
Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin
inkişafı üçün
çox önəmli
addım olacaqdır. Əminəm,
aparacağımız müzakirələr
bir daha təsdiqləyəcək ki,
Gürcüstan və
Azərbaycan bir-birinə
çox yaxın ölkələrdir və
birgə apardığımız
işlər böyük
nəticələr verir.
Biz bütün
sahələrdə uğurlu
əməkdaşlıq edirik
və bu əməkdaşlıq gündən-günə
dərinləşir. Siyasət, iqtisadiyyat,
mədəniyyət, nəqliyyat,
energetika sahələrində
çox gözəl nəticələr var. Əslində,
elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq
etməyək. Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı
bizim çox aydın fikirlərimiz var.
Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq
istiqamətlərini müzakirə
edəcəyik.
Bir daha xoş gəlmisiniz.
***
Gürcüstan Prezidenti
Salome ZURABİŞVİLİ dedi:
-Təşəkkür
edirəm cənab Prezident.
Şadam ki, regiona ilk səfərimi bizim dostumuz olan qardaş
ölkəyə edirəm. Mən Azərbaycana dost ölkənin
Prezidenti kimi səfərə gəlmişəm.
Gürcüstanın bütün prezidentləri
Azərbaycanın dostu
olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi
yoxdur və perspektivli əlaqələrimiz
var.
Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan
əlaqələrimizi dərinləşdirmək
daha da böyük
əhəmiyyət kəsb
edir. Əminəm ki, biz perspektivlərlə
bağlı yeni təşəbbüsləri müzakirə
edəcəyik.
Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür
edirəm.
Prezident İlham
Əliyev: Sağ olun.
Azərbaycan.- 2019.- 28 fevral.- S.1.