Şəhidlərin xatirəsinə ehtiram
Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Salome Zurabişvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Azərbaycan
paytaxtının mənzərəsini maraqla
seyr edən Gürcüstan
Prezidentinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən
abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Azərbaycan.-
2019.- 28 fevral.- S.3.