BTC-nin salnaməsindən

 

* Avqust 2002-ci il - səhmdar şirkətlər tərəfindən layihəyə sanksiya verilmiş və BTC Ko şirkəti yaradılmışdır

* Aprel 2003-cü il - Bakı yaxınlığındakı Səngəçal qəsəbəsinin ərazisində kəmərin tikintisinə start verilmişdir

* İyul 2003-cü il - Azərbaycanda kəmərin borularının düzülməsinə başlanmışdır

* Sentyabr 2004-cü il - Azərbaycanda boru kəmərinin tikintisi bütünlüklə başa çatmışdır

* Oktyabar 2004-cü il - kəmərin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsinə həsr olunmuş təntənəli "Qızıl qaynaq” mərasimi keçirilmişdir

* May 2005-ci il - Səngəçal terminalından BTC-nin neftlə doldurulmasına başlanmışdır

* Avqust 2005-ci il - neft Azərbaycan-Gürcüstan sərhədini keçmişdir

* Oktyabr 2005-ci il - kəmərin Gürcüstan hissəsinin tamamlanması münasibətilə bu ölkədə rəsmi açılış mərasimi olmuşdur

* Noyabr 2005-ci il - BTC-yə vurulan neft Türkiyəyə çatmışdır

* May 2006-cı il - neft Ceyhan terminalına daxil olmuşdur

* İyun 2006-cı il - ilk tanker Ceyhandan yola salınmışdır

* Fevral 2007-ci il - Ceyhan limanından 100-cü tanker yola düşmüşdür

* Aprel 2007-c il - Ceyhanda 100 milyonuncu barel neft tankerə yüklənmişdir

* Dekabr 2009-cu il - dünya bazarlarına 1000-ci tanker yola salınmışdır...

Beləcə, BTC-nin uğurlu salnaməsi davam edir. 2018-ci ilin iyul ayında BTC ilə artıq 3 milyardıncı barel neft ixrac olunmuşdur.

 

Azərbaycan.- 2019.-28 fevral.- S.11.