Azərbaycan
və Özbəkistan arasında münasibətlər
yüksək səviyyədədir
Azərbaycan və Özbəkistan
arasında münasibətlər yüksək səviyyədədir.
Ölkələrimiz arasında sıx dostluq əlaqələri
var. İnanırıq ki, bu münasibətlər bundan sonra da
davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Azərbaycanın Baş Nazirinin müavini
Əli Əhmədov Özbəkistanın Baş Nazirinin
müavini Aziz Abduxakimov ilə görüşündə
deyib. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə
toxunan Əli Əhmədov ölkəmizin iqtisadi sahədə
əldə etdiyi nailiyyətlərdən də
danışıb.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən
Baş Nazirin müavini Özbəkistanın bu məsələdə
Azərbaycanın yanında olmasından məmnunluğunu ifadə
edib.
Aziz Abduxakimov da, öz növbəsində,
ölkələrimiz arasındakı əlaqələrin
inkişafından danışıb. O bildirib ki, Azərbaycan
beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.
UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda
keçirilən 43-cü sessiyası buna bariz nümunədir.
Azərbaycan.- 2019.-2 iyul.- S.3.