Elmə marağım mənə bu uğuru qazandırdı

 

Hər bir cəmiyyətin maddi-mənəvi tərəqqisi gənclər siyasətinin düzgün qurulmasından, onların sosial, psixoloji vəziyyətindən, fəaliyyət şəraitindən bilavasitə asılıdır. Azərbaycan gənclərinin müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin yürütdüyü gənclər siyasətinin mühüm rolu vardır. Belə ki, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurladinamik şəkildə davam etdirilməkdədir.

Müstəqil Azərbaycanın banisi Heydər Əliyevin qeyd etdiyi kimi, təhsil millətin gələcəyidir. Bu gün ölkəmizdə elm və təhsilin XXI əsrin çağırışlarına uyğun inkişaf etdirilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Prezident

İlham Əliyev tərəfindən cəmiyyətin aparıcı qüvvəsi olan gənclərə yüksək şəraitin yaradılması istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalanmış, bir sıra mühüm dövlət proqramları qəbul edilmişdir.

Prezidentin sərəncamına əsasən 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında ilk dəfə magistratura pilləsinin yaradılması ölkənin sosial-iqtisadi və mədəni inkişafına, biliklər cəmiyyətinin formalaşmasına istiqamətlənmiş mühüm addım kimi biz gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Yüksək texniki avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda çalışmaq, dünyanın aparıcı elm mərkəzləri və universitetlərində fəaliyyət göstərən nüfuzlu alimlərdən dərs almaq və onların təcrübəsindən bəhrələnmək mənim də bir mütəxəssis, gənc tədqiqatçı kimi formalaşmağımda böyük rol oynamışdır.

Mən 2012-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil oldum, 2016-cı ildə bakalavr pilləsi üzrə təhsilimi fərqlənmə diplomu ilə başa vurdum. Həmin universitetdə təhsil aldığım müddətdə yüksək təhsil göstəricilərimə və ictimai fəallığıma görə 2013, 2014 və 2015-ci illərdə "İlin ən yaxşı tələbəsi” adına layiq görüldüm. 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar BiologiyaBiotexnologiyalar İnstitutunun "Molekulyar biologiya” ixtisası üzrə magistraturasına qəbul oldum. Magistraturada təhsil müddətində tədris edilən bütün ixtisasqeyri-ixtisas fənlərindən 100 bal toplayaraq 2018-ci ildə təhsilimi fərqlənmə diplomu ilə bitirdim. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar BiologiyaBiotexnologiyalar İnstitutunun kiçik elmi işçisiyəm.

Elmi fəaliyyətdə fərqləndiyimə görə 15 noyabr 2017-ci ildə AMEA-nın Fəxri fərmanı ilə təltif olundum. Bu ilin martında AMEA BiologiyaTibb Elmləri Bölməsi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə "Gənc Bioloqların Qış Məktəbində” birinci yerə layiq görüldüm.

Təhsil illərində bir neçə yerli və beynəlxalq konfransda uğurla iştirak etmiş, sertifikatdiplomlarla təltif olunmuşam. 2017-ci il martın 11-16-da Sankt-Peterburq şəhərində B.P.Konstantinov adına Peterburq Nüvə Fizikası İnstitutu, "Kurçatovski” adına Elmi-Tədqiqat Mərkəzi tərəfindən təşkil olunan molekulyar biologiya və biofizika üzrə 18-ci Qış məktəbində "İdentifikaüiə TaDREB1 qenov u pşeniüı s ispolğzovaniem funküionalğnıx markerovmövzusunda poster prezentasiyası ilə, 2-5 iyul 2018-ci ildə Türkiyənin Nevşehir şəhərində keçirilən VII Molekulyar BiologiyaBiotexnologiya üzrə Milli Konqresdə maraqlı məruzə ilə çıxış edərək sertifikatlar aldım.

Bu gün müasir Azərbaycan gənci ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatın hər bir sahəsində üstün mövqe tutur. Azərbaycan elmini, mədəniyyətini, tarixini, adət-ənənələrini dünyada tanıtmaq üçün konfranslarda, forumlarda, festivallarda fəal iştirak edirlər. Bu da Azərbaycan gəncinin vətəninə, millətinə sevgisi, soykökünə, xalqının milli adət-ənənələrinə bağlılığının bariz nümunəsidir. Bu danılmaz faktdır ki, gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var.

Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə "neft kapitalının insan kapitalına çevrilməsi” istiqamətində apardıqları silsilə elm və təhsil islahatları biz gəncləri ruhlandırır və mükəmməl biliyə, yüksək mənəviyyata malik vətəndaş kimi formalaşmağımızda böyük rol oynayır. AMEA-da aparılan islahatlar və gənclərin elmə cəlb olunması, onlara göstərilən yüksək diqqət və qayğı akademiyamızın gələcəyinə böyük inam yaradır. Məhz bu qayğının nəticəsidir ki, mən İslam İnkişaf Bankının 2018-2019-cu tədris ili üçün PhD təhsil proqramının qalibi seçilmişəm. Magistratura pilləsində təhsil aldığım müddətdə beynəlxalq standartlara uyğun həm nəzəri, həm də praktiki biliklər sayəsində çoxsaylı müsahibə və testlərdən uğurla keçərək dünyanın aparıcı universitetlərindən biri olan Oksford Universitetində Onkologiya ixtisası üzrə doktoranturaya qəbul olunmuşam. Bundan sonra da çalışacağam ki, Azərbaycan elmini dünya arenasında uğurla təmsil edərək cəmiyyətə müsbət töhfələr verim.

 

Gülnar ABDULLAYEVA,

AMEA-nın Molekulyar Biologiya

Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi

 

Azərbaycan.- 2019.-2 iyul.- S.6.