Nəcib missiya
Köməksizlərin himayədarı, çarəsizlərin
ümidgahı...
Budur, orda uşaqlar
Atılırlar-düşürlər.
Bəlkə topları yoxdu? -
Qoy verim ürəyimi
qovsunlar yorulunca...
O, nəcib missiyanın davamçısıdır...
Xeyirxahlıq elçisi...
Ümidsiz qəlblərin
müjdəçisi...
Körpə harayların
ünü...
Haqsızlığın carçısı...
Atılmış, çarəsiz,
xəstə uşaqların
pənah, ünvan yeri...
Lap kiçik, hələ məktəb yaşlarından ekranlardan
tanıyırdıq onu...
Babasının - Ulu Öndər Heydər Əliyevin əlindən tutaraq kimsəsizlər, autizmli, daun, əqli qüsurlu, əngəlli və digər qayğıya ehtiyacı olan uşaqların şənliklərində
iştirak edir, birlikdə rəqs edir, şənlənir, onların göstərdikləri
səhnəciklərə tamaşa
edir, nailiyyətlərini,
əzmlərini heyranlıqla
alqışlayırdı...
Lap kiçik yaşlarından nəcib ailəsindən genetik ötürülən xeyirxahlıq
missiyasını zərif
çiyinlərinə götürübdü...
Onun yeganə qayəsi bütün uşaqların xoşbəxt,
gələcəyinin parlaq
olması üçün
çalışmaq idi...
Və illərdir
bu müqəddəs məqsədə doğru
dayanmadan irəliləyir...
İncə ruhlu, şair təbiətli, qayğıkeş, sülhsevər,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadan danışırıq...
Balacaların böyük
dostu
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda xeyriyyəçilik,
təhsil, səhiyyə
və digər məsələlərlə bağlı
böyük layihələr
həyata keçirirlər. Ən ümdəsi
isə atılmış,
kimsəsiz, qayğıya
ehtiyacı olan bütün uşaqlara lazımi şərait yaradır, dəstək göstərirlər. Mübaliğəsiz demək olar ki, həmin uşaqları bu həyata bağlayan, çarəsiz valideynlərin
ürəyindəki ümid
qığılcımlarını sönməyə qoymayan da daim göstərilən
bu diqqət və qayğıdır.
Leyla xanım Əliyeva hansısa bir bayram, əlamətdar gün gözləmədən
daim yardıma ehtiyacı olan körpələrin evini ziyarət edir, onların ən kiçik arzularını,
istəklərini belə
yerinə yetirməkdən
böyük məmnunluq
duyur. Bəzən şıltaq bir uşaq kimi onlarla oynayır, dizin-dizin sürünür,
bəzən bu balaca bədənlərin necə böyük bir qəlbə sahib olmaları onu riqqətləndirir, bəzən
də ümidlə ona dikilən məsum gözlərin dərinliyinə pərdə
çəkmiş kədəri
görəndə qüssələnir...
"Leyla xanım bizə nə vaxt gələcək, çox darıxmışıq
onun üçün...”
"Leyla xanım bizə nə vaxt gələcək,
çox darıxmışıq
onun üçün...
Leyla xanımgilə getmirik?”
- deyə bu doğmalığı
hiss edən Bakının
Nizami rayonundakı 1 saylı uşaq evinin balaca sakinləri
ərklə soruşurlar...
İl boyu Leyla xanım psixonevroloji sosial xidmət müəssisəsini,
sağlamlıq imkanları
məhdud, valideyn himayəsindən məhrum
olmuş uşaqlar üçün xüsusi
internat məktəbini,
sağlamlıq imkanları
məhdud uşaqlar üçün xüsusi
internat məktəbini,
uşaq evini, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını, Talassemiya,
Daun Mərkəzini və bu qəbildən
olan onlarla digər müəssisəni
ziyarət edir...
Gəlişiylə də həmin ünvanlara bir dünya ümid, qəlb sevinci bəxş edir...
Dağ boyda ürəyin sahibi
Artıq bu bir adətkərdəliyə
çevrildiyi üçün
həmin ünvanların
balaca sakinləri də hər açılan qapının
arxasında məhz onun, Leyla xanımın
olmasını səbirsizliklə
gözləyirlər...
Budur, anidən qapı açılacaq və gülərüzlü
Leyla xanım qollarını açıb
onlara sarı gələcək, qucaqlayacaq,
saçlarını tumarlayacaq,
bağrına basacaq, öz doğma balası kimi...
Leyla xanım il boyu bu cür xüsusi
qayğıya ehtiyacı
olan, fiziki qüsurlu uşaqlara maddi və mənəvi
qayğı göstərir,
hansısa qabiliyyətlər
əldə etmələri,
nailiyyət qazanmaları,
xəstəliklərini ötürmələri
istiqamətində bircə
addım da olsa irəliləmələri
üçün əlindən
gələni əsirgəmir.
Daim onların qonağı olur, amma bu sadəcə
bir ziyarət deyil axı... Həmin ünvanlardakı
könlü yaralı,
xəstə, çarəsiz
uşaqların ağrı-acısını
paylaşmaq, bir az da olsa azaltmaq, dərdinə şərik
olmaq üçün
dağ boyda ürəyə sahib olmaq lazımdır...
Və elə bu cür ürəyə
sahib olmağın nəticəsi
deyilmi ki, Leyla xanım uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza - Əminəyə
ürəkdən bağlanıb
və həmin körpəni övladlığa
götürüb...
Leyla xanımın qayəsi xeyirxahlıq, insanlığın var olması naminə, əlindən gələni
heç zaman əsirgəməməkdir...
Və o özü
bu barədə deyir ki, "əgər fayda verə biləcək bir iş görməyə
imkan varsa, mən həmin imkandan məmnuniyyətlə
istifadə edirəm”.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2019.-3 iyul.-
S.1; 4.