Bakıda Belarusun milli bayramı qeyd edilib

 

İyulun 3-də Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramıRespublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Belarusun dövlət himnləri səsləndirilib.

Səfir Gennadi Axramoviç bildirib ki, 1944-cü il iyulun 3-də Minskin faşist işğalçılarından azad edilməsi Belarusun Müstəqillik Günü kimi qeyd olunur. Bu döyüşlərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 32-ci tank briqadasının, həmçinin Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin iştirak etdiklərini diqqətə çatdıran diplomat onların xatirəsinin Belarusda daim böyük hörmət ehtiramla yad edildiyini vurğulayıb.

Azərbaycan ilə Belarus arasındakı əlaqələrdən danışan səfir prezidentlər İlham Əliyev Aleksandr Lukaşenkonun münasibətlərin inkişafında xidmətlərini qeyd edib. Azərbaycanın Belarus üçün strateji tərəfdaş olduğunu vurğulayan diplomat əlaqələrimizin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Rəsmi qəbulda çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov əlamətdar gün münasibətilə Belarus xalqını Azərbaycan Hökuməti adından təbrik edib. Azərbaycan ilə Belarusun dost ölkələr olduğunu söyləyən Yaqub Eyyubov Prezident İlham Əliyevin Belarusa, Prezident Aleksandr Lukaşenkonun isə Azərbaycana səfərlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verdiyini bildirib. Qeyd edib ki, münasibətlərimiz bir çox sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar sahələrdə uğurla inkişaf edir.

Baş nazirin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Belarusun hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. O, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Qəbulda dövlət hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.

 

Azərbaycan.- 2019.-3 iyul.- S.3.