UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində paralel iclaslar keçirilib

 

Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 2-də paralel iclaslarla işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, ilk iclas Afrika və ərəb ölkələrində baş verən təbii fəlakətlər və münaqişələr nəticəsində dağıntıya məruz qalan mədəni irsin qorunmasına həsr edilib. Müzakirələrdə 2019-2020-ci illər üçün tədbirlər haqqında məlumat verilib.

Bildirilib ki, ekoloji mədəni irsin qorunması həm yerli icra orqanlarının, həm də könüllülərin nəzarətində olmalıdır. Dünyada ən çox dağıntıya məruz qalan məhz bu regionlardır. Bu səbəbdən də Ümumdünya İrs Komitəsi regionlara dəstəyini əsirgəməməlidir.

Dini irsin qorunmasına həsr olunan iclasda dini maraqlarla bağlı ən yaxşı təcrübələr bölüşülüb. Dünyada tolerantlıq, mədəni dialoqvicdan azadlığı aspektində dini irsin əhəmiyyəti vurğulanıb. Xüsusilə UNESKO siyahısında yer alan dini ehkamların qorunmasının mövcud problemləri müzakirə edilib. İştirakçılar öz təcrübələrini bölüşüblər.

Üzv ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən növbəti iclasda büdcə məsələləri müzakirə edilib. İclasda 180 ölkənin mədəni irsin qorunmasına ayırdığı maliyyə fondu və xərcləri nəzərdən keçirilib. İşçi qrupların hesabatları dinlənilib.

Paralel iclaslar müzakirələrlə davam etdirilib.

 

Azərbaycan.- 2019.-3 iyul.- S.3.