Ölkə turizmi haqqında son statistika nədən xəbər verir
Dövlət Statistika
Komitəsinin ölkə
turizminə aid Dövlət
Sərhəd Xidmətinə
istinadən yaydığı
məlumata görə,
cari ilin yanvar-may aylarında Azərbaycana dünyanın
180 ölkəsindən 1 milyon
94,8 min və ya 2018-ci
ilin yanvar-may ayları ilə müqayisədə 3,7 faiz
çox əcnəbi
və vətəndaşlığı
olmayan şəxs gəlmişdir.
Gələnlərin 28,5 faizi
Rusiya Federasiyası,
26 faizi Gürcüstan,
10,9 faizi Türkiyə,
7,7 faizi İran, 3 faizi Birləşmiş Ərəb Əmirlikləri,
hər birindən 1,9 faiz olmaqla Ukrayna
və Hindistan, 1,6 faiz olmaqla Böyük
Britaniya və Türkmənistan, 1,2 faiz olmaqla Pakistan və İraq, 14,4 faizi digər ölkələrin
vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur.
Ölkəmizə yanvar-may
aylarında gələnlərin
sayında daha çox artım Türkmənistan (1,9 dəfə),
Misir (1,8 dəfə),
Çin (1,8 dəfə),
Hindistan (1,7 dəfə),
Səudiyyə Ərəbistanı
(1,7 dəfə), Böyük
Britaniya (42,3 faiz), Cənubi Koreya (31,4 faiz), Yaponiya (30,1 faiz), Almaniya (28,0 faiz), Kanada (27,7 faiz), Polşa (23,4 faiz) və Gürcüstan
(22,7 faiz) vətəndaşları
arasında qeydə alınmışdır.
2019-cu ilin yanvar-may aylarında Avropa İttifaqı ölkələrindən və
MDB-dən gələnlərin
sayı isə müvafiq olaraq 54,4 min (keçən ilin müvafiq dövründəkindən 27,8 faiz
çox) və 380,8
min (3,8 faiz çox) nəfər olmuşdur.
5 ay ərzində
xarici ölkələrə
gedən Azərbaycan vətəndaşlarının sayına gəldikdə, bu göstərici də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz
artaraq 2 milyon 65,9 min nəfərə çatmışdır.
Ölkə vətəndaşlarının
39,5 faizi İrana,
27 faizi Gürcüstana,
18,3 faizi Rusiya Federasiyasına,
9,8 faizi Türkiyəyə, 5,4 faizi digər ölkələrə getmişdir. Bu dövrdə
İrana gedən Azərbaycan vətəndaşlarının
sayı 73,6, Gürcüstana gedənlərin
sayı 10,6 faiz, Rusiya
Federasiyasına gedənlərin sayı 5,6, Türkiyəyə
gedənlərin sayı 0,1 faiz
artmışdır.
Azərbaycan.- 2019.-3 iyul.- S.6.