Azərbaycan Respublikası
ilə Amerika Birləşmiş Ştatlarını
dostluq və əməkdaşlıq münasibətləri
birləşdirir
Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Zati-aliləri cənab
Donald Trampa
Hörmətli cənab
Prezident,
Amerika Birləşmiş
Ştatlarının milli
bayramı – Müstəqillik
Günü münasibətilə
Sizə və Sizin simanızda
bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq
və əməkdaşlıq
münasibətləri birləşdirir. Qarşılıqlı maraq doğuran bir sıra sahələrdə
əməkdaşlığımız strateji tərəfdaşlıq
xarakteri daşıyır.
Biz beynəlxalq
təhlükəsizliyin təmin
edilməsi, terrorizmə
qarşı mübarizə
məsələlərində çoxtərəfli qaydada
fəaliyyətimizi bundan
sonra da qətiyyətlə davam etdirmək əzmindəyik. Təşəbbüsçüsü olduğumuz və
müvəffəqiyyətlə gerçəkləşdirdiyimiz Cənub Qaz Dəhlizi layihəsi isə Avropanın enerji təhlükəsizliyinin
gücləndirilməsinə mühüm töhfədir.
Enerji mənbələrinin və
nəqlinin şaxələndirilməsinə
xidmət edən layihələrimizin Birləşmiş
Ştatlar tərəfindən
dəstəklənməsi bizim
üçün çox
əhəmiyyətlidir.
Bütün bunlarla yanaşı Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
hələ də həll olunmaması xalqımızın qarşılaşdığı
ən ağrılı
problem olaraq qalmaqdadır. Ermənistanın
ölkəmizə qarşı
hərbi təcavüzü
nəticəsində əzəli
Azərbaycan torpaqları
olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal
olunmuş, bir milyondan çox soydaşımız doğma
yurd-yuvasından didərgin
düşmüşdür. Münaqişə beynəlxalq
hüququn norma
və prinsiplərinə
uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinin
tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən
ölkəmizin ərazi
bütövlüyü çərçivəsində,
sülh yolu ilə və ədalətli şəkildə
həll olunmalıdır.
Biz bu işdə
ATƏT-in Minsk qrupunun həmsədri
kimi ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə
və şəxsən
Sizin, cənab Prezident, səylərinizə
böyük ümidlər
bəsləyirik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Amerika xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 iyul
2019-cu il.
Azərbaycan.-
2019.-4 iyun.- S.1.