“Baker Hughes, a
GE company” şirkətinin Azərbaycanla əməkdaşlığı
ölkəmizin enerji sektorunun modernləşməsinə
töhfələr verir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 3-də "Baker Hughes, a GE
company” şirkətinin sədri, prezidenti və Baş
icraçı direktoru Lorenzo Simonellini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbula
görə minnətdarlığını bildirən Lorenzo
Simonelli Prezident İlham Əliyevlə görüşdən
məmnun olduğunu vurğuladı. O, Azərbaycanda
böyük inkişaf proseslərinin şahidi olduğunu dedi
və ölkəmizdə neft və qaz sənayesi, turizm, idman
və digər sahələrdə əldə olunan nailiyyətlərin
önəmini qeyd etdi. Lorenzo Simonelli Azərbaycanda 1840-cı
illərdə sənaye üsulu ilə ilk neft quyusunun
qazıldığını vurğulayaraq təmsil etdiyi
şirkətin Azərbaycanın neft və qaz sənayesinin
inkişafına töhfə verməsindən məmnunluq hissi
keçirdiklərini dedi.
Xoş sözlərə görə
minnətdarlığını bildirən dövlətimizin
başçısı "Baker Hughes, a GE company” şirkətinin
Azərbaycanla neftayırma və digər sahələrdə əməkdaşlığının
uğurlu nəticələrinin ölkəmizin enerji sektorunun
modernləşməsinə töhfə verməsini yüksək
qiymətləndirdi. Azərbaycanda əldə olunan nailiyyətlərə
toxunan Prezident İlham Əliyev ölkəmizin enerji, sənaye
və digər sahələrdə böyük inkişaf əldə
etməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin
başçısı Lorenzo Simonellinin Azərbaycana səfərinin
səmərəli keçəcəyinə əminliyini
bildirdi.
Görüşdə əməkdaşlığımızın
perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.- 2019.-4 iyul.- S.1.