Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların hərtərəfli
inkişafı üçün mühüm layihələrə imza atır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 3-də Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Leyla Əliyevaya körpələr evi haqqında məlumat verildi. Bildirildi ki, hazırda burada 3 yaşadək 16 uşaq var.
Leyla Əliyeva körpələr evinin sakinləri ilə görüşdü.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun
vitse-prezidenti Leyla
Əliyeva bu uşaq
müəssisəsinin fəaliyyətini daim
diqqətdə saxlayır, buradakı balacalara
xüsusi qayğı ilə
yanaşır, mütəmadi olaraq
körpələr evini ziyarət edirlər.
Heydər Əliyev Fondu valideyn
himayəsindən məhrum olan
uşaqların fiziki və mənəvi cəhətdən
sağlam, dünyagörüşlü,
bilikli, savadlı yetişməsi üçün mühüm
layihələrə imza atıb. Fondun fəaliyyətində yeni
körpələr evi, uşaq
bağçalarının inşası, mövcud
olanların isə yenidən qurulması əsas yerlərdən
birini tutur. Bütün bunlar sübut edir ki, Fond
gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin
ən yüksək səviyyədə təşkili istiqamətində
Azərbaycan dövlətinin həyata keçirdiyi
siyasətə mühüm töhfələr
verir.
Azərbaycan.- 2019.-4 iyul.- S.5.