Azərbaycanın Xarici İşlər
naziri Peruya işgüzar səfərə yola
düşüb
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Peru Respublikasının Xarici İşlər naziri Nestor Popolizio Bordalesin dəvəti ilə Lima şəhərinə səfərə yola düşüb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir Elmar Məmmədyarov iyulun 5-6-da Limada keçiriləcək “Sakit okean Alyansı”na üzv ölkələrin (Meksika, Kolumbiya, Peru və Çili) prezidentlərinin və müşahidəçi ölkələrin rəsmilərinin 14-cü Zirvə görüşündə iştirak edəcək.
Zirvə görüşü çərçivəsində təşkilatın müşahidəçi ölkələri üçün işçi masanın təşkil olunması və üzv ölkələrlə müşahidəçi statusuna malik ölkələr arasında nəqliyyat, innovasiya və yüksək texnologiyalar, mədəniyyət, turizm, təhsil, tibb, ətraf mühit və digər sahələr üzrə əməkdaşlıq imkanlarının ikitərəfli və çoxtərəfli əsasda inkişafı, eləcə də ticarət əlaqələrinin gücləndirilməsi imkanlarının müzakirə edilməsi nəzərdə tutulur.
Sakit okean
Alyansının Zirvə görüşündə
müşahidəçi ölkələrlə
yanaşı, Asiya-Sakit Okean
İqtisadi Əməkdaşlığı,
Avropa İttifaqı, ATƏT və Avrasiya İqtisadi Əməkdaşlıq
Təşkilatı kimi nüfuzlu
təşkilatların nümayəndələrinin iştirak edəcəkləri gözlənilir.
Azərbaycan.- 2019.-4 iyul.- S.6.