Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə
görə Azərbaycan Respublikasının
idmançıları və onların məşqçiləri
üçün mükafatların müəyyən
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini mükafatlandırmaq məqsədi ilə qərara alıram:
1. Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci
yeri tutan hər bir idmançıya
50 min manat, onun şəxsi məşqçisinə
25 min manat;
1.2. ikinci
yeri tutan hər bir idmançıya
30 min manat, onun şəxsi məşqçisinə
15 min manat;
1.3. üçüncü
yeri tutan hər bir idmançıya
20 min manat, onun şəxsi məşqçisinə
10 min manat;
1.4. milli
yığma komandaların
baş məşqçilərinə
ən yüksək nəticə göstərmiş
bir idmançıya görə şəxsi məşqçinin aldığı
məbləğ qədər
(bir dəfə);
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 iyul 2019-cu il
Azərbaycan.- 2019.-5 iyul.-
S.1.