Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası

 

Baş Nazir Novruz Məmmədov növbəti müddətə Neft Fondunun Müşahidə Şurasının sədri seçilib

 

İyulun 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. ARDNF-nin Müşahidə Şurasının qərarı ilə Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, iclasda ARDNF-nin 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, fondun 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxılıb. Müşahidə Şurası tərəfindən ARDNF-nin 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun ("PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyi, 2018-ci il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi, habelə Neft Fondunun 2018-ci il büdcəsinin gəlirlərinin 17 milyard 614,1 milyon manatyaxud 115 faiz səviyyəsində, büdcə xərclərinin isə 11 milyard 455,6 milyon manatya 99,8 faiz səviyyəsində icra edildiyi nəzərə alınaraq fondun 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınıb.

Müşahidə Şurası tərəfindən, eyni zamanda, ARDNF-nin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda Neft Fondunun maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunubbu dəyişikliklərin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

 

Azərbaycan.- 2019.-5 iyul.- S.3.