Milli Məclisin
nümayəndə heyətinin
rəhbəri ATƏT PA-nın
sessiyasında çıxış
edib
Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatının
Parlament Assambleyasının
(ATƏT PA) 28-ci illik sessiyası
çərçivəsində ATƏT
PA-nın Daimi Komitəsinin iclası davam edir. Təşkilatın sədri Georgi Seretelinin məruzəsi ətrafında çıxışlar
başlanıb.
Çıxış üçün
söz alan Azərbaycan nümayəndə
heyətinin rəhbəri,
Milli Məclisin sədrinin müavini Bahar Muradova qeyd edib ki,
davamlı inkişaf sülhün, sabitliyin, firavanlığın, demokratiyanın
və insan haqlarının müdafiəsinin
təmin edilməsi üçün zəruri
şərtdir. Siyasətçi 2030-cu ilə qədər yoxsulluğun aradan qaldırılmasına və
iqlimin müdafiəsinə
yönəlmiş təxirəsalınmaz
tədbirlər görməyə,
habelə zorakı ekstremizmin, kütləvi miqrasiyanın və münaqişələrin qarşısının
alınması məqsədi
ilə dialoqa şərait yaratmağa çağırıb.
"Terrorizmə,
korrupsiyaya və terrorizmin maliyyələşdirilməsinə
qarşı mübarizə
təhlükəsizlik sahəsində
gündəliyimizin əsas
mövzusu olaraq qalır”, - deyən B.Muradova daha sonra xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə
ATƏT PA-nın himayəsi
altında İpək
Yoluna Dəstək Qrupu və Bakı
Parlament Platforması yaradılıb.
Azərbaycan nümayəndə
heyətinin rəhbəri
vurğulayıb: "Məhz
milli, regional və qlobal miqyaslı bu cür təşəbbüslər
2030-cu il gündəliyinin
hədəflərinə nail olmaqda parlamentarilərin rolunun artırılmasına
şərait yaradacaq”.
Azərbaycan.- 2019.-5 iyul.- S.4.