Azərbaycanla Fransa arasında əlaqələr
uğurla inkişaf edir
İyulun 5-də Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın UNESKO-nun Ümumdünya
İrs Komitəsinin
43-cü sessiyasında iştirak
etmək üçün
ölkəmizə gələn
Fransa Respublikasının
Arktika və Antarktika məsələləri
üzrə beynəlxalq
danışıqlara məsul
səfiri, sabiq ekologiya, dayanıqlı inkişaf və energetika naziri xanım Mari-Seqolen Ruayal ilə görüşü olub.
AZƏRTAC xəbər
verir ki, əvvəlcə birgə
foto çəkdirildi.
Birinci vitse-prezident Mehriban Əliyeva Mari-Seqolen Ruayalın ölkəmizə
səfərinin uğurlu
keçəcəyinə əminliyini
ifadə etdi. Birinci vitse-prezident
Azərbaycanla Fransa arasında bir çox sahələr üzrə əlaqələrin
inkişaf etdiyini məmnunluqla qeyd etdi, siyasi əlaqələrin
ən yüksək səviyyədə olduğunu
vurğuladı. Mehriban
Əliyeva ötən
il Prezident
İlham Əliyevin, bu il isə
özünün Fransaya
səfərinin, aparılan
danışıqların, imzalanan
sənədlərin siyasi
əlaqələrin yüksək
səviyyəsinin göstəricisi
kimi dəyərləndirdi.
İqtisadi sahədə də əməkdaşlığın uğurla inkişaf etdiyini deyən Birinci vitse-prezident bu istiqamətdə yaxşı potensialın mövcudluğunu qeyd etdi. Diqqətə çatdırdı
ki, Azərbaycan Cənubi Qafqazda Fransanın ən böyük ticarət tərəfdaşıdır və
ölkələrimiz arasında
ticarət dövriyyəsində
müsbət dinamika
var. "Xoş haldır
ki, ənənəvi tərəfdaşlıq sahəsi
olan enerji əməkdaşlığı ilə yanaşı, qeyri-neft sektorunda da əməkdaşlıq
genişlənir”, -deyən
Birinci vitse-prezident bir sıra Fransa
şirkətlərinin Azərbaycanda
uğurlu fəaliyyətini
qeyd etdi, yüksək texnologiyalar, nəqliyyat, şərabçılıq
kimi sahələrdə
əlaqələrin möhkəmləndiyini
bildirdi.
Ölkələrimiz arasında
humanitar sahədə əməkdaşlığın əhəmiyyətini xüsusi
vurğulayan Mehriban Əliyeva paytaxtımızda
Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə təməli qoyulan Bakı Fransız Liseyinin və hər 2 ölkənin dövlət başçılarının
təşəbbüsü ilə yaradılan Azərbaycan-Fransız Universitetinin
uğurla fəaliyyət
göstərdiklərini qeyd
etdi, humanitar sahənin ölkələrimizin
və xalqlarımızın
bir araya gətirilməsində böyük
rol oynadığını
vurğuladı. Birinci
vitse-prezident Mehriban Əliyeva son vaxtlar bu istiqamətdə görülən işlərdən
danışaraq, Azərbaycanın
və Fransanın şəhərləri arasında
əməkdaşlıq və
dostluq sazişlərinin
bağlanmasını ölkələrimiz
və xalqlarımız
arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə şərait
yaratdığını dedi.
Mehriban Əliyeva bir daha qonağı ölkəmizdə salamlayaraq,
ona uğurlu səfər arzuladı.
Fransanın Arktika və Antarktika məsələləri
üzrə beynəlxalq
danışıqlara məsul
səfiri Mari-Seqolen Ruayal Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşməyin onun
üçün şərəf
olduğunu bildirdi. Qonaq Mehriban
Əliyevanın bu yaxınlarda Parisə səfərini xatırlayaraq,
bu səfəri yüksək dəyərləndirdi.
Görüşdən əvvəl Bakıdakı
Azərbaycan-Fransız Universitetinə
getdiyini qeyd edən Mari-Seqolen Ruayal belə layihələrin 2 ölkə
arasında qurulan əməkdaşlığı təcəssüm etdirdiyini
vurğuladı.
Görüşdə qarşılıqlı maraq
doğuran məsələlər
müzakirə edildi.
Azərbaycan.-
2019.-6 iyul.- S.3.