Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə şəxsən öz adımdan və Tunis xalqı adından səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyi naminə daha da güclənməsində maraqlı olduğumuzu Zati-alinizə bildirmək mənə xoşdur.
Dərin hörmətlə,
Beji Kaid əs-Sebsi
Tunis Respublikasının Prezidenti
Azərbaycan.-
2019.- 6 iyul.- S.3.