Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu 23-cü bəndlərini rəhbər tutaraq, "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1447-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

"Telekommunikasiya haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 685; 2006, ¹ 11, maddə 932; 2007, ¹ 5, maddə 442, ¹ 11, maddə 1053; 2016, ¹ 6, maddə 969, ¹ 12, maddə 1989; 2017, ¹ 3, maddə 346, ¹ 6, maddələr 1024, 1046, ¹ 7, maddə 1266, ¹ 12 (I kitab), maddə 2255; 2018, ¹ 6, maddə 1161; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1539-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 33.1.9-4-cü maddə əlavə edilsin:

"33.1.9-4. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusuna real vaxt rejimində cavab vermək;”.

2. 33.2-ci maddədə " 33.1.4-cü” sözləri ", 33.1.4-cü 33.1.9-4-cü” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2019-cu il

 

Azərbaycan.- 2019.-6 iyul.- S.4.