“Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin döyüş bayraqları
və sərhəd hərbi dəniz bayraqları haqqında”
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikası
Dövlət Bayrağının
təsvirinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 10, maddə 1983) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidmətinin döyüş
bayraqlarının təsviri”nin
3-cü hissəsində "Azərbaycan Respublikasının
Dövlət bayrağı
haqqında” Azərbaycan
Respublikası” sözləri
"Azərbaycan Respublikası
Dövlət Bayrağının
təsvirinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Konstitusiya” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 iyul 2019-cu il
Azərbaycan.- 2019.- 6 iyul.-
S.4.