Azərbaycan Respublikası PrezidentininSosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel tarixli 568 nömrəli, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 16 noyabr tarixli 312 nömrəli, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sosial sığorta haqqında”, "Ünvanlı dövlət sosial yardımı haqqında”, "Sosial müavinətlər haqqında "Əmək pensiyaları haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1482-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 mart tarixli 583 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. "Sosial sığorta haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 349; 2006, ¹ 7, maddə 587; 2007, ¹ 12, maddə 1226; 2009, ¹ 8, maddə 630; 2016, ¹ 6, maddə 1021, ¹ 9, maddə 1464; 2018, ¹ 12 (I kitab), maddə 2578) aşağıdakı məzmunda 2.1-3-cü bənd əlavə edilsin:

"2.1-3. həmin Qanunun 18-ci maddəsinin 1-ci hissəsinin on birinci abzasında "müvafiq icra hakimiyyəti orqanıdedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”.

2. "Ünvanlı dövlət sosial yardımı haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 11, maddə 1007; 2011, ¹ 7, maddə 633; 2017, ¹ 5, maddə 826) 2.3-cü bəndinə "6.1-ci,” sözlərindən sonra "6.3-cü,” sözləri əlavə edilsin.

3. "Sosial müavinətlər haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 fevral tarixli 373 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 90, ¹ 12, maddə 1034; 2007, ¹ 1, maddə 7, ¹ 10, maddə 942; 2008, ¹ 5, maddələr 373, 374, ¹ 8, maddə 727; 2011, ¹ 7, maddə 633, ¹ 12, maddə 1143; 2016, ¹ 9, maddə 1466) 2.4-cü bəndinə "10.1-ci,” sözlərindən sonra "10.1-1-ci,” sözləri əlavə edilsin.

4. "Əmək pensiyaları haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 228; 2009, ¹ 11, maddə 883; 2013, ¹ 6, maddə 631; 2016, ¹ 9, maddə 1467; 2017, ¹ 5, maddə 756; 2018, ¹ 2, maddə 185; 2018, ¹ 12 (I kitab), maddə 2580; 2019, ¹ 2, maddə 231; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 aprel tarixli 655 nömrəli Fərmanı) 2.3-cü bəndinə "30.1-ci (birinci ikinci cümlələrində),” sözlərindən sonra "30.1-1-ci,” sözləri "31.1-ci,” sözlərindən sonra "31.1-1-ci,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyul 2019-cu il

 

Azərbaycan.- 2019.- 6 iyul.- S.4.