Azərbaycan Respublikası Prezidentinin “İşsizlikdən sığorta
haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli
765-VQ nömrəli Qanununun tətbiqi barədə”
2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli
1153-VQ nömrəli Qanununun tətbiqi
barədə” 2018-ci il 18 iyul
tarixli 213 nömrəli və “Məşğulluq
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli
1196-VQ nömrəli Qanununun tətbiqi barədə”
2018-ci il 24 avqust tarixli 233 nömrəli fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"İşsizlikdən sığorta
haqqında”, "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
və "Məşğulluq
haqqında” Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il
1 fevral tarixli 1483-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 12
mart tarixli 584 nömrəli
Fərmanının icrası
ilə əlaqədar
qərara alıram:
1. "İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 8, maddə 1516; 2018, ¹ 12 (I kitab), maddə 2579)
2.3-cü bəndinə "13.1-ci,” sözlərindən sonra "13.1-1-ci,”
sözləri əlavə
edilsin.
2. "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 31 may tarixli 1153-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 7 (I kitab),
maddə 1499, ¹ 11, maddə
2239) 2.4-cü bəndinə
"32.3-cü” sözlərindən sonra ", 32-1-ci” sözləri
əlavə edilsin.
3. "Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 8, maddə 1683) 2.20-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.21-ci bənd əlavə edilsin:
"2.21. həmin Qanunun 8.0.16-cı maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 iyul 2019-cu il
Azərbaycan.- 2019.- 6 iyul.- S.4.