Bakıda ABŞ-ın Müstəqillik Günü
qeyd edilib
İyulun 5-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 243-cü ildönümü ilə əlaqədar tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer deyib ki, beynəlxalq arenada Azərbaycanın rolu artmaqda davam edir. ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir. “Azərbaycanı dəstəkləməyə davam edəcəyik. Ümid edirəm ki, hər iki ölkə dost və tərəfdaş kimi azadlıq və firavanlıq yolunda birgə addımlamağa davam edəcək”, - deyə diplomat əlavə edib.
Səfir qeyd edib ki, Azərbaycan ilə ABŞ arasında güclü tərəfdaşlıq və əməkdaşlıq mövcuddur.
Maliyyə naziri
Samir Şərifov tədbirdə çıxış
edərək ABŞ xalqını və hökumətini Azərbaycan
Hökuməti adından təbrik edib. Nazir qeyd edib
ki, ABŞ ilə Azərbaycan arasında güclü iqtisadi maraqlar mövcuddur və sosial-iqtisadi dialoqun
genişlənməsi əlaqələrin inkişafına
töhfə verir. ABŞ Cənub Qaz Dəhlizi də daxil olmaqla Azərbaycanın iştirakı ilə
həyata keçirilən beynəlxalq enerji
layihələrinə dəstək verir. Son zamanlar
qarşılıqlı səfərlərin intensivliyinin
artması əlaqələrimizin yüksələn xətt
üzrə inkişafının göstəricisidir. “Ermənistan
Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
sülh yolu ilə həllində
ATƏT-in Minsk Qrupunun
sədri kimi ABŞ-ın səylərinə
ümid bəsləyirik”, - deyə S.Şərifov
qeyd edib.
Azərbaycan.-
2019.- 6 iyul.- S.6.