Azərbaycan Respublikası Prezidentinin “Dövlət sosial
sığorta sistemində fərdi uçot
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” 2001-ci il
26 dekabr tarixli 616
nömrəli və “Penitensiar müəssisələrdə
cəza çəkməkdən azad edilmiş şəxslərin sosial
adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” 2007-ci il 3 iyul tarixli 606 nömrəli
fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Çernobıl qəzasının
ləğvində iştirak
etmiş və həmin qəza nəticəsində zərər
çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında”, "Dövlət
sosial sığorta sistemində fərdi uçot haqqında” və "Penitensiar müəssisələrdə cəza
çəkməkdən azad
edilmiş şəxslərin
sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il
1 fevral tarixli 1481-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 12
mart tarixli 582 nömrəli
Fərmanının icrası
ilə əlaqədar
qərara alıram:
1. "Dövlət
sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 26
dekabr tarixli 616 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 12, maddə 762; 2006, ¹ 12, maddə 1034; 2008, ¹ 3, maddə
187; 2016, ¹ 9, maddə 1464; Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 16 may tarixli
692 nömrəli Fərmanı)
2-ci hissəsinin üçüncü
abzasında "4-cü (adında
və mətnində)”
sözləri "4.1-ci, 4.2-ci” sözləri ilə əvəz edilsin.
2. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 606 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 7, maddə 713) 2.3-cü bəndində "5.4-cü” sözləri "5.4-cü, 6.3-cü” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyul
2019-cu il
Azərbaycan.-
2019.- 7 iyul.- S.2.