Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan
xalqını təbrik edib
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin
UNESKO-nun Ümumdünya İrs
Siyahısına daxil edilməsi münasibətilə
Azərbaycan xalqını
təbrik edib.
AZƏRTAC xəbər
verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram” səhifəsində edilən
paylaşımda deyilir:
"Azərbaycan xalqı
milli mədəniyyətimizin, adət-ənənələrimizin,
tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq
dünyada tanıdılması istiqamətində böyük
nailiyyətlər əldə edib. Bu gün isə biz Xan
Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin
UNESKO-nun Ümumdünya İrs Siyahısına
salınmasını qeyd edirik. Bu tarixi hadisə
münasibətilə bütün xalqımızı səmimi
qəlbdən təbrik edirəm!”.
Azərbaycan.-
2019.-9 iyul.- S.1.