“Azərbaycan Respublikası ilə
Serbiya Respublikası arasında ticarət
və iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli
1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 6, maddə 517; 2012, ¹ 2, maddə 138; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477, ¹ 11, maddə 1414; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 8, maddə 1677)1-ci hissəsi ilə yaradılmış komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın həmsədri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası
gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi sədrinin
birinci müavini
Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası
Qida Təhlükəsizliyi
Agentliyi sədrinin müavini
Azərbaycan Respublikasının
Serbiya Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri.”.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
bu Sərəncamın
1-ci hissəsi ilə edilən dəyişiklik barədə Serbiya Respublikası tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
8 iyul 2019-cu il
Azərbaycan.- 2019.- 9 iyul.-
S.2.