Azay Quliyev yenidən və yekdilliklə ATƏT PA-nın 2022-ci ilədək vitse-prezidenti seçilib

 

Bu dəqiqələrdə Lüksemburqda keçirilən ATƏT PA-nın yekun plenar iclasında Assambleyanın rəhbər heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib. AZƏRTAC xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev yenidən və yekdilliklə 2022-ci ilədək bu vəzifəyə seçilib.

Səsvermənin nəticələri ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dövlətinin beynəlxalq arenada qazandığı böyük nüfuzun daha bir göstəricisidir.

 

Azərbaycan.- 2019.-9 iyul.- S.3.