ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin iclasında nümayəndə heyətimizin təklifi qəbul olunub

 

Lüksemburqda ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin iclası başa çatıb. İclasın işində Azərbaycan Milli Məclisinin Sədr müavini, parlamentin ATƏT-PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, komitə kiprli deputat Kiriakos Hadjiyanninin hazırladığı və təqdim etdiyi qətnamə layihəsini müzakirə edib. Komitənin dünənki iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın və deputat Tahir Mirkişilinin çıxışlarından sonra nümayəndə heyətimizin təklif etdiyi düzəliş qəbul olunub.

ATƏT PA işini davam etdirir.

 

Azərbaycan.- 2019.-9 iyul.- S.3.