ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası başa çatıb

 

Lüksemburqda ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası başa çatıb. Xatırladaq ki, komitənin əvvəlki iclasında nümayəndələrin müzakirəsinə irlandiyalı deputat Alan Farrelin “Təhlükəsizliyin möhkəmləndirilməsi üçün dayanıqlı inkişafa dəstək: parlamentarilərin rolu" məruzəsi təqdim olunmuşdu. Bu sənəddə “dondurulmuş” münaqişələr mövzusu əks olunub və təklif edilən yekun qətnaməyə düzəlişlərlə bağlı Azərbaycan və Ermənistan nümayəndələrinin də iştirakı ilə kəskin debatlar aparılıb.

AZƏRTAC xəbər verir ki, Ermənistan nümayəndə heyətinin Azərbaycanın adının qətnamə layihəsindəki ATƏT PA-nın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəklədiyi ölkələr sırasından çıxarılması cəhdi ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyevin əsaslandırılmış çıxışından sonra boşa çıxıb. Layihədəki 19-cu paraqraf dəyişməz qalıb və ermənilərin düzəlişi rədd edilib.

 

Azərbaycan.- 2019.-9 iyul.- S.3.