Azərbaycanın yeni diplomatik nailiyyəti
Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni yanaşma nümayiş etdirən ATƏT PA:
- Ermənistanın öz müqəddəratını təyin etmə prinsipindən sui-istifadə etməsinin qarşısını aldı;
- separatçı Dağlıq Qarabağ rejiminin danışıqlar masasına gətirilməsi cəhdini bir daha iflasa uğratdı;
- münaqişə ərazisi kimi Dağlıq Qarabağı yox, yalnız Azərbaycanı göstərdi;
- münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllinə rəsmi dəstək verdi.
ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyası "Təlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu. Müzakirələrdə müxtəlif məsələlərə toxunulsa da, əsas müzakirələrin "Siyasi İşlər və Təhlükəsizlik” komitəsində gedəcəyini hər kəs əvvəlcədən bilirdi.
Çünki məhz bu komitənin hazırladığı qətnamə layihəsində regionda münaqişələrin həlli üçün tamamilə yeni yanaşmalar öz əksini tapmışdı. ATƏT Parlament Assambleyasının bütün sənədlərində mövcud münaqişələrin dayanıqlı inkişaf və insan hüquqlarının təmini üçün əsas maneə olması xüsusilə vurğulanırdı. Belə münaqişələrdən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi göstərilirdi. Ermənistanın diplomatik xidmətinin əvvəlcədən müxtəlif ölkələrlə apardığı aktiv danışıqlara və Ermənistan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasında etdiyi çoxsaylı çıxış və görüşlərə baxmayaraq Azərbaycan nümayəndə heyətinin səyi nəticəsində siyasi komitənin yekun qətnaməsində konfliktlərin həlli üçün yeni yanaşma öz əksini tapdı.
Nə idi bu yeni yanaşma:
1. ATƏT və digər beynəlxalq təşkilatların ənənəvi
yanaşmalarından fəqrli
olaraq ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və
Moldova ərazisində olan
konfliktlərə EYNİ yanaşmanın
tətbiq olunmasının
vacibliyi sənəddə
öz əksini tapdı. İndiyə qədər müxtəlif
ölkə və təşkilatlar Dağlıq
Qarabağ münaqişəsini
digər münaqişələrdən
ayırmaq və xüsusi yanaşma tətbiq etmək çağırışları səsləndirir və bu mövqedən çıxış edirdilər.
Ermənistan nümayəndə heyəti də sənədə dəyişiklik
edilərək, Azərbaycanın
adının bu siyahıdan çıxarılmasını,
amma Ukrayna, Gürcüstan və Moldovanın adının saxlanılmasını təklif
etmişdi. Bütün bu
səylərə baxmayaraq,
konfliktlərə bu cür vahid yanaşmanın sənəddə
öz əksini tapması mühüm hadisə oldu. Ermənistanın Azərbaycanın adının siyahıdan çıxarılmasını təklif edən dəyişiklik 41 əleyhinə,
6 leyihə olmaqla böyük səs çoxluğu ilə rədd edildi.
2. Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazilərində
olan münaqişələrin
bu ölkələri
SUVERENLİK, ƏRAZİ BÜTÖVLÜYÜ və BEYNƏLXALQ SƏVİYYƏDƏ
TANINMIŞ SƏRHƏDLƏRİNİN TOXUNULMAZLIĞI prinsipi əsasında nəticə yönümlü
danışıqların apaılmasına
çağırış öz əksini tapdı. Bu isə
Ermənistanın öz
müqədərratını təyinetmə prinsipindən
sui-istifadə etməsinin
qarşısını alır.
3. Sənəddə
razılaşdırılmış danışıqlar formatının
dəyişdirilməsinin yolverilməz
olduğu birmənalı
qeyd edilir. Bu da Ermənistanın
son bir ildə qondarma və separatçı Dağlıq
Qarabağ rejiminin danışıqlar masasına
gətrilməsi cəhdinin
bir daha iflasa uğraması deməkdir.
4. Sənəddə
münaqişə ərazisi
kimi yalnız
AZƏRBAYCANIN göstərilməsi Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların Azərbaycan ərazisi olduğunu bir daha təsdiq
edir.
5. BMT Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədən
sonra ATƏT PA-nın
Azərbaycanda olan münaqişənin ölkəmizin
ərazi bütövlüyü,
suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış
sərhədlərinin toxunulmazlığı
prinsipi əsasında
həll olunmasının
vacibliyini rəsmən
qeyd etməsi və bu müddəaların
bir daha təzələnməsinin siyasi
təsiri və gücü xüsusilə
qeyd olunmalıdır.
6. Bu qətnamə
ATƏT-in Minsk Qrupunun Dağlıq
Qarabağ münaqişəsinin
Helsinki Yekun Aktının
prinsiplərinə uyğun
- güc tətbiq etməmə, ərazi bütövlüyü və
xalqların öz müqəddəratını təyin-
etmə hüququ əsasında həll olunma prisiplərinə bir daha aydınlıq
gətirdi, münaqişənin
yalnız Azərbaycanın
ərazi bütövlüyü,
suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış
sərhədlərin toxunulmazlığı
prinsipi əsasında
həllnə bir daha rəsmi dəstək verdi.
7. Bu maddənin qəbulu Azərbaycan diplomatiyasına beynəlxalq
müstəvidə münaqişə
ilə bağlı müzakirə aparılan və müvafiq sənəd qəbul olunan zaman haqlı
mövqeyimizi qorumaq, müdafiə etmək üçün daha bir sanballı, ciddi hüquqi, siyasi əsas yaratmış oldu.
Bu qətnamə
ATƏT PA-nın siyasi
məsələlər və
təhlükəsizlik komitəsinin
hazırladığı və
qəbul etdiyi sənəd olduğundan onun mühüm siyasi əhəmiyyəti
var.
Qeyd edim ki, ATƏT Parlament Assambleyasının
Prosedur Qaydalarının
7-ci hissəsinin 42-ci qaydasına
görə qəbul olunmuş bu mühüm sənəd
ATƏT-in Nazirlər Şurasına
təqdim edilir və eyni yanaşmadan
danışıqlarda istifadə
üçün tövsiyə
olunur. Bu baxımdan
qəbul edilmiş yekun qətnamə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
maraqları çərçivəsində
həlli üçün
vacib dəstəkdir.
Dağlıq Qarabağ və işğal olunmuş rayonların ATƏT Parlament
Assambleyası iclaslarında
intensiv müzakirəsi
həm də üzv ölkələrin
nümayəndə heyətlərinin
Azərbaycan həqiqətlərini
daha çox qəbul etmələrinə
səbəb oldu.
Tahir MİRKİŞİLİ,
ATƏT Parlament Assambleyasında
Azərbaycan nümayəndə heyəti rəhbərinin
müavini
Azərbaycan.-
2019.- 9 iyul.- S.6.