ABŞ-ın Sinay sinaqoqunun
nümayəndə heyəti Azərbaycan haqqında ətraflı
məlumatlandırılıb
İyulun
8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində
(DQİDK) ABŞ-ın Kaliforniya
ştatındakı Sinay sinaqoqunun
üzvlərindən ibarət nümayəndə heyəti ilə
görüş keçirilib.
Bu barədə AZƏRTAC-a DQİDK-in mətbuat xidmətindən
məlumat verilib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonaqlara ölkədəki
dini durum haqqında ətraflı məlumat verib, Azərbaycanda tolerantlığın və
multikulturalizmin çox
möhkəm təməl
sütunlarının, zəngin
tarixi ənənələrinin
olduğunu qeyd edib. 33-ü qeyri-islam olmaqla,
940 dini icmanın dövlət qeydiyyatına
alındığını vurğulayan M.Qurbanlı ölkəmizdə əhalinin
96 faizini təşkil
edən İslam dini ilə yanaşı,
digər dinlərə
mənsub insanların
qarşılıqlı anlaşma,
mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını
diqqətə çatdırıb.
Komitə sədri bildirib
ki, Azərbaycanın dünyəvi dövlət
olmasına baxmayaraq, dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Məscidlərlə yanaşı, kilsələr
və sinaqoqlar da dövlət tərəfindən təmir
və bərpa edilir, yeniləri inşa olunur. Hər il
dövlətimizin başçısı
tərəfindən dini
konfessiyaların fəaliyyətlərinin
dəstəklənməsi məqsədilə
maddi vəsait ayrılır. Bütün bunlar bir daha göstərir ki, tolerantlıq və multikulturalizm ənənələri ölkəmizdə
dövlət siyasəti
səviyyəsinə yüksəlib.
M. Qurbanlı bildirib ki, məhz
bu ənənələrin
daha geniş təbliği üçün
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il
ölkəmizdə “Multikulturalizm
İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib və
bu illər çərçivəsində DQİDK və Qafqaz Müsəlmanları İdarəsi
həm müsəlman,
həm də qeyri-müsəlman ölkələrində
bir sıra birgə tədbirlər həyata keçirib. DQİDK sədri xüsusilə
bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli
və geniş proqramlardan söz açıb. Qeyd edib ki, bu
proses xüsusi olaraq yaradılan Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzi
tərəfindən davam
etdirilir.
Görüşdə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi haqqında
danışan Komitə
sədri qeyd edib ki, bu
münaqişə nəticəsində
Ermənistan Azərbaycan
torpaqlarını işğal
edib, yüz minlərlə azərbaycanlını
etnik təmizləməyə,
dini zəmində zorakılığa məruz
qoyub, tarixi-dini abidələri məhv edib. Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə çatdırılmasında
Sinay sinaqoqunun üzvlərinin iştirak
etdiklərini vurğulayan
M. Qurbanlı qarşılıqlı
əlaqələrin genişlənməsindən
məmnunluğunu ifadə
edib.
Nümayəndə heyətinin üzvü Yomtovian Aysak Azərbaycan haqqında geniş məlumata malik olduğunu, multikultural və tolerant mühitin bütün ölkə ərazisində
yüksək səviyyədə
hökm sürdüyünü,
müxtəlif mədəniyyətlərin
və dinlərin nümayəndələrinin, etnik
azlıqların harmoniya
halında, qarşılıqlı
hörmət şəraitində
yaşadıqlarını bildirib. Sinay sinaqoqunun
üzvlərinin dəfələrlə
Azərbaycana səfər
etdiklərini xatırladan
Yomtovian Aysak onların Azərbaycandan çox yüksək təəssüratla geri döndüklərini bildirib.
O, müxtəlifliyin geniş
yayıldığı bir
dünyada millətlərin
və dinlərin birgə yaşamasını
təşviq edən Azərbaycan modelinin öz unikallığı
ilə seçildiyini
vurğulayıb. Azərbaycanın tolerantlığın və
multikulturalizmin təşviqi
istiqamətində oynadığı
nümunəvi rolu xüsusi vurğulayaraq, ölkəmizlə qurulmuş
sıx dostluq əlaqələrinə önəm
verdiklərini bildirib.
Eyni zamanda, ölkəmizdə
müxtəlif dinlərin
və xalqların dinc birgəyaşayışının,
eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən diqqət
və qayğının
yüksək səviyyədə
olmasının böyük
rəğbətlə qarşılandığını
vurğulayıb.
Sonda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni
vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Azərbaycan.- 2019.- 9 iyul.- S.6.