Tian Sue Jun: “Çin Dünya
İrs Komitəsinin 44-cü
sessiyasında Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir”
Azərbaycan bu cür beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi ilə bağlı böyük təcrübəyə malikdir. Sessiya müddətində biz bunun bir daha şahidi olduq. Çində keçiriləcək Dünya İrs Komitəsinin 44-cü sessiyasında ölkənizin bu təcrübəsindən yararlanmaq niyyətindəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin təhsil nazirinin müavini, bu ölkənin UNESKO üzrə Milli Komissiyasının rəhbər Tian Sue Jun söyləyib.
UNESKO-nun
Ümumdünya İrs
Komitəsinin növbəti sessiyasına ölkəsinin sədrlik
edəcəyini söyləyən Tian Sue Jun deyib:
"Azərbaycan hökumətinə, xüsusən də Mədəniyyət
Nazirliyinə bu tədbirə yüksək
səviyyədə ev sahibliyi
etdiyinə görə təşəkkür edirəm. Eləcə
də ölkənizin Şəki ilə bağlı
nominasiyasının Dünya İrs Siyahısına salınması
münasibətilə xalqınızı təbrik edirəm. Bu, ölkənizin böyük
uğurudur, tarixi mədəni
irs nümunələrinizin təbliği
və tanıdılması baxımından əhəmiyyətlidir”.
Azərbaycan.-
2019.-10 iyul.- S.6.