Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər
uğurla inkişaf edir
İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə təkbətək görüşü olub. Daha sonra tərəflər geniş tərkibdə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusku qarşıladı.
Təkbətək görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
-Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə görməyə
çox şadıq.
Mən sizin Azərbaycana bundan əvvəlki səfərinizi xatırlayıram.
O vaxtdan bu yana Avropa
İttifaqı ilə
Azərbaycan arasında
münasibətlər uğurla
inkişaf edib.
Biz çox
sayda görüş keçirmişik və çox uğurla inkişaf edən əməkdaşlığımızla bağlı geniş spektrli məsələləri
müzakirə etmişik. Bu, çox sahələri əhatə edir və biz tərəfdaşlığımızı
yeni səviyyəyə
yüksəltməyə nail olmuşuq.
Əminəm ki, səfər çox uğurlu olacaq. Əlbəttə ki, biz gündəliyimizdə
duran məsələləri
müzakirə edəcəyik
və Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığı
planlaşdıracağıq. Əminəm
ki, qarşıdakı
illərdə biz tərəfdaşlığın
müsbət məcrada
inkişafını davam
etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir. Ümidvaram ki, uğurla
həyata keçirdiyimiz
bütün layihələr
yaxşı nəticələr
verəcək. Bir daha xoş gəlmisiniz. Sizə ölkəmizdə xoş
vaxt keçirməyi arzulayıram.
***
Avropa İttifaqı
Şurasının Prezidenti
Donald TUSK dedi:
-Təşəkkür
edirəm, cənab Prezident! Sizin qonağınız qismində burada - Bakıda, Azərbaycanda olmaq hər zaman böyük məmnuniyyətdir. Bu, yəqin ki, mənim Avropa İttifaqı Şurasının
Prezidenti qismində Bakıya son səfərimdir.
Mənim
niyyətim Avropada bizim hamımız üçün Sizin ölkənizlə mümkün
qədər ən yaxşı əlaqələrə
sahib olmağın nə
dərəcədə mühüm
olduğunu vurğulamaqdan
ibarətdir. Mənim mesajım
tamamilə aydındır.
Mən bizim əlaqələrimizə gəldikdə, Sizin şəxsi rolunuzun, şəxsi iştirakınızın nə dərəcədə əhəmiyyətli olduğunu bilmənizi istəyirəm. Mən Sizin səylərinizi həqiqətən qiymətləndirirəm. Siz hər zaman çox konstruktivsiniz və Sizin çox müsbət və konstruktiv rolunuz sayəsində bizim görüşlərimiz də olduqca səmərəli keçir. Bir daha təşəkkür edirəm, cənab Prezident!
***
Təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Prezidenti İlham
Əliyevin Avropa İttifaqı
Şurasının Prezidenti Donald Tuskla işçi
nahar çərçivəsində geniş tərkibdə görüşü
olub.
Azərbaycan.-
2019.-10 iyul.- S.1.