Avropa İttifaqı Şurası Prezidentinin
Azərbaycana səfəri başa
çatıb
Avropa İttifaqı Şurasının
Prezidenti Donald Tuskun Azərbaycan Respublikasına
səfəri iyulun
9-da başa çatıb.
Avropa İttifaqının bayrağının
və Azərbaycan Respublikasının dövlət
bayrağının dalğalandığı
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Avropa İttifaqı Şurasının
Prezidenti Donald Tusku Azərbaycan Respublikası
Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və
digər rəsmi şəxslər yola salıblar.
Azərbaycan.- 2019.-10 iyul.- S.2.