Milli dövlətçilik maraqlarının və ictimai-siyasi sabitliyin qorunması başlıca məqsəddir

 

Müstəqil Azərbaycan son illər təkcə sosial-iqtisadi deyil, ictimai-siyasi sabitlik, xüsusilə də dini-milli tolerantlıq və multikulturalizm sahəsində qazandığı uğurlarla da dünyanın diqqətini cəlb edir. Fərqli dinlərə, etnik toplumların mədəni və mənəvi dəyərlərinə liberal yanaşma xalqımızın qədim zamanlardan formalaşmış ali keyfiyyətlərindən olaraq cəmiyyətdə sivil harmoniyanın, təhlükəsizlik mühitinin yaranmasını təmin etmişdir.

Dünyada dini-milli zəmində qarşıdurmaların artdığı bir dönəmdə respublikamızda dini radikalizmekstremizm meyillərinə münbit zəminin olmadığı, buna uğursuz cəhdlərin isə zamanında aşkarlanaraq xalqla hakimiyyətin möhkəm mənəvi birliyi nəticəsində əzmlə aradan qaldırıldığı danılmaz həqiqətdir. 2018-ci ilin iyul ayında Gəncə şəhərində bir qrup dini-radikalekstremist qrupun ölkədə ictimai-siyasi sabitliyi pozmaq, dövlətin konstitusion əsaslarını sarsıtmaq, hakimiyyəti qəsb etmək cəhdlərinin qarşısının qətiyyətlə alınması bunu bir daha təsdiqləyir.

Bir il əvvəl - 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına və onun mühafizəçisinə qarşı odlu silahla törədilmiş sui-qəsd, terror aktı törətmək yolu ilə hakimiyyətin mövcud quruluşunun zorakı yolla dəyişdirilməsinə yönəlmiş daha bir cəhd kimi qiymətləndirilmişdir. Bir necə gün sonra - iyulun 10-da isə 150-200 nəfərdən ibarət radikal dini qruplaşmanın icra hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozması, xidməti vəzifələrini yerinə yetirən 2 polis zabitinin amansızlıqla qətlə yetirilməsi respublikada şəriət qanunları ilə idarə olunan dövlət qurmaq, cəmiyyətdə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək kimi çirkin planın tərkib hissələri idi.

Dövlət başçısı cənab İlham Əliyev Gəncə hadisələrindən sonra haqlı olaraq demişdir ki, dini-ekstremist qüvvələrin daxildə ictimai-siyasi sabitliyi pozmaq, bu yolla respublikanın beynəlxalq imicinə zərbə vurmaq cəhdləri heç zaman baş tutmayacaqdır: "Bizim müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə belə təxribatlar törədilmişdir, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Onların biribaş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz”.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "AzƏrTAC” informasiya agentliyi tərəfindən yayılmış "Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdırsərlövhəli yazısındakı açıqlaması isə Gəncə hadisələrinə və onun ildönümü ilə əlaqədar müəyyən destruktiv qüvvələrin fəallaşmaq cəhdlərinə bir daha obyektiv işıq saldı. Dini ekstremizmin bütün təzahürlərinin yolverilməz olduğunu, belə qruplaşmaların fəallaşmaq cəhdlərinin qarşısının bundan sonra da qanun çərçivəsində alınacağını diqqətə çəkən Əli Həsənov haqlı olaraq yazır: "Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən Gəncə hadisələrindən bir il ötür. Keçən müddətə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyata keçirmək istəyən qrupların dövlət və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi. Mediada, xüsusən sosial mediada geniş yayılmış məlumatlardan görünür ki, həmin qüvvələrin ötən il reallaşdırmağa çalışdıqları ssenarinin puç edildiyi, vətəndaşlarımızın dövlətçiliyin keşiyində durduğunu nümayiş etdirdiyi Gəncə hadisələrinin ildönümü ilə əlaqədar üzvlərinin əksəriyyətini Azərbaycanın keçmiş vətəndaşları təşkil edən, radikal islamçı qruplaşmalardan biri yenidən fəallaşıb”.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi haqlı olaraq vurğulayır ki, Gəncə hadisələrinin ildönümü ilə əlaqədar qruplaşmanın sosial şəbəkələrdəki səhifə və profillərində, habelə bəzi dövlətlərin klerikal dairələri tərəfindən idarə olunan saytlarda fəallaşması birmənalı olaraq ifrat dini radikallığın, fundamentalizmin dəstəklənməsidir. Açıqlamada, həmçinin təəssüflə vurğulanır ki, özlərinin demokrat və dünyəvi dövlət tərəfdarı olduqlarını iddia edən bəzi müxalifət liderlərinin və fəallarının terroru təşviq edən belə bir kampaniyaya dəstək verməsi, ifrat ekstremizmi özünə ideologiya seçmiş xarici qruplaşmaların istifadə etdiyi şüarları təkrarlaması ölkəmizin çoxəsrlik dini dözümlülük mühitini, tolerant imicini şübhə altına almaq məqsədi güdür. Demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən ifrat radikal müxalifətin, əslində, həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəkləməsi onların əsl mahiyyətini bir daha nümayiş etdirir.

Şübhəsiz, xaricdəki antimilli qüvvələrlə bağlı dini-ekstremist qrupları, eləcə də dövlət və xalq mənafeləri əleyhinə olan bütün destruktiv prosesləri nümayişkəranə şəkildə dəstəkləyən ifrat radikal müxalifətin son vaxtlar apardığı kampaniya Azərbaycanda insanların guya "dini baxışlarına görə təqiblərə məruz qalmaları” kimi saxta və əsassız təsəvvür formalaşdırmağa xidmət edir. Halbuki bu gün Azərbaycanda mövcud olan tolerantmultikultural mühit bütün səmavi dinlərin, xüsusilə də xalqımızın əsrlər boyu qəlbən tapındığı islami dəyərlərin geniş yayılmasına və təbliğinə tam təminat verir. Ölkəmiz islam həmrəyliyi istiqamətində ardıcıl siyasət yürütməklə, dini-mənəvi dəyərlərin təkcə islam coğrafiyasında deyil, bütövlükdə dünyada birgəyaşayış və sabitlik mühiti formalaşdıran təsirli vasitə olduğuna inamı möhkəmləndirir.

Azərbaycanın ciddi şəkildə dəstəklədiyi islam həmrəyliyi ideyası, dövlət başçısının sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi ilielan edilməsi dünyada gərginliklərin, münaqişə ocaqlarının sürətlə artdığı indiki dövrdə insanları sülh və barışa, əməkdaşlığa çağıran nəcib təşəbbüs olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, respublikamız müstəqilliyi dövründə vicdan azadlığının təmini sahəsində də böyük uğurlara imza atmışdır. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2200-ə çatmışdır. Təkcə Bakı şəhərində 140-dək məscid fəaliyyətdədir. Hazırda ölkədə 300-dən çox məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət Məscid-Ziyarətgah Kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Heydər məscidi, Şamaxı Cümə məscidi, Gəncə "İmamzadə” Kompleksionlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilmişdir.

1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə vətəndaşının vicdan azadlığı birmənalı təsbit edilmişdir. Belə ki, Əsas Qanunun 48-ci maddəsində (Vicdan azadlığı) göstərilir ki, "...Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək; hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək; yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursaya ictimai əxlaqa zidd deyilsə, sərbəstdir”.

Konstitusiyamızın 18-ci maddəsinin 1-ci və 3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. Bundan əlavə, "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna, bu hüququ həyata keçirməyə təminat yaradır.

Azərbaycan bu gün dünyanın nadir ölkələrindən biridir ki, burada nəinki islami, digər səmavi dinlərin təbliği ilə məşğul olan, qanuni əsasda fəaliyyət göstərən bütün dini qurumkonfessiyalara dövlət büdcəsindən maddi yardımlar edilir. Bunda məqsəd həmin qurumların merkantil maraqlarını güdən müxtəlif dağıdıcı-destruktiv qüvvələrin təsiri altına düşməsinə, dini dəyərlərdən çirkin məqsədlər naminə istifadə edilməsinə yol verməməkdir. Ümumilikdə respublikamız insanlığın nicatına, humanizmə, insanpərvərliyə çağırış edən bütün sağlam dini qurumların fəaliyyətinə normal şərait yaratsa da, ifrat radikalizmi, ekstremizmi, zorakılığı təşviq edən, qeyri-qanuni mübarizə üsullarına, terrora cəhdlər göstərən dini-klerikal qruplaşmalara qarşı qanun çərçivəsində barışmaz mövqe tutur.

Müasir dünya təcrübəsi göstərir ki, dini terrorizmin "ideoloqları” öz hədəflərinin guya "Tanrı tərəfindən müəyyənləşdirildiyini” iddia edərək, coğrafi, etniksosial müstəvilərdə ayrı-ayrı hədəflərə qarşı hücumlar təşkil edir və qısa zaman kəsiyində qlobal səviyyəli kardinal dəyişikliklərə nail olmaq istəklərini gizlətmirlər. Son illərdə zərərsizləşdirilən Üsamə bin Ladenin rəhbərlik etdiyi "Əl-Qaidə” təşkilatı, sünni müsəlmanların birləşdiyi "HƏMAS” qruplaşması, mərkəzi qərargahı Livanda olan "Hizbullah” şiə təşkilatı, ABŞ-da "Ku-klus-klan”çıların yaratdığı "xalq drujinaları”, Yaponiyada fəaliyyət göstərən "Aum Sinrikyö” təşkilatı, Suriya və İraqın ərazisində mütəşəkkil silahlı qruplaşmalar formalaşdıran "İŞİD” dediklərimizə əyani sübutdur.

Ümumilikdə Yaxın Şərqdə və digər regionlarda baş verənlər ölkəmizin milli təhlükəsizliyi baxımından dini sahədə dövlət tənzimlənməsinin vacibliyini, qanunvericiliyin təkmilləşdirilməsini, hüquqi, siyasiideoloji təsir metodlarından geniş istifadəni zərurətə çevirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsinə (terrorçuluq) yeni bir hissə əlavə edilmişdir (214.2.6). Bu əlavəyə gorə, dini düşmənçilik, dini radikalizmya dini fanatizm zəminində terrorçuluq artıq müstəqil cinayət tərkibi kimi müəyyən edilirçox ciddi cəzalandırılır. Təəssüf ki, bəzi dövlətlər bu müsbət təcrübədən istifadə etməmiş, cinayət qanunvericiliklərində oxşar tərkibli cinayətlər nəzərdə tutmamışlar.

Heç kimə sirr deyildir ki, bir çox dövlətlərin vətəndaşları müxtəlif din pərdəsi arxasında gizlənərək terror hadisəsi törətmək, silahlı münaqişələrdə iştirak etmək məqsədilə digər dövlətlərə miqrasiya edirlər. Geri döndükdə isə, psixoloji durumu dəyişmiş, dini ekstremizm meyilli, ölkə üçün təhlükəli bir vətəndaşa çevrilirlər. Belə hallarla cinayət hüququ mübarizə məqsədilə Cinayət Məcəlləsinin 283-1 maddəsində dəyişiklik edilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri, dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizmya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratmaya belə qrupa rəhbərlik etmə 9 ildən 12 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır və s.

2015-ci il dekabrın 4-də ölkə prezidenti tərəfindən imzalanmış "Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu isə ölkədə dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilatı əsaslarını müəyyən etmək, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirmək məqsədindən irəli gəlmişdir. 15 maddədən ibarət qanunun birinci fəslinin birinci maddəsində göstərilir ki, dini ekstremizm (dini ekstremist fəaliyyət) dedikdə, dini düşmənçilik, dini radikalizm ya dini fanatizm zəminində Azərbaycan Respublikası Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi; qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması, həmin birləşmə və ya qruplarda iştirak edilməsi; terror fəaliyyətin həyata keçirilməsi; Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edilməsi; milli, sosialya dini nifrətin salınması, milli ləyaqətin alçaldılması, milli, irqi, sosialya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsi; şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsi və sair başa düşülür. Qanunun 8-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Bu zaman dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına vurulmuş ziyana görə məsuliyyət daşımır. Düşünürəm ki, qanunun bu xəbərdaredici funksiyasından nəticə çıxarma haqqında hər kəs düşünməlidir.

Gəncə hadisələrinin ildönümü ərəfəsində respublikamızdakı ekstremist-dini qruplaşmaların fəallaşması, radikal müxalifətin isə asayişi kobud şəkildə pozduqlarına, dövlət çevrilişinə cəhd göstərdiklərinə görə həbs olunmuş şəxslərin aşkar müdafiəsinə qalxması, əslində, Azərbaycanda ictimai-siyasi sabitliyə və dövlətin konstitusion əsaslarının sarsıdılmasına yönəlmiş növbəti destruktiv addımlardır. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır” sərlövhəli yazısında haqlı olaraq demişdir: "...Müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir? Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriyas. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşamalarının tüğyan etdiyi poliqon? Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq, ölkəmizi şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər?”

Ötən il Gəncədə baş vermiş zorakı hadisələri təhlil edən professor Əli Həsənov onu da bildirir ki, demokrat və dünyəvi olduqlarını vurğulayanlar anti-Azərbaycan dairələrini və onların ölkəmizdəki uzantılarını qınamaq əvəzinə terror aktlarına görə həbs olunmuş şəxsləri qəhrəmanlaşdırır, merkantil maraqların təminatı, yeni maliyyə imkanları əldə etmək naminə onları vicdan məhbusu elan edərək xüsusi siyahılara salır, azadlığa buraxılmalarına çalışırlar. Əslində, bu cür davranışın ifrat radikal müxalifətin ənənəvi qeyri-sivilçirkin mübarizə üsullarından irəli gəldiyini də xüsusi qeyd etmək lazımdır.

Cənab Əli Həsənovun vurğuladığı kimi, həmin qüvvələrin yenidən fəallaşmasının müəyyən geosiyasi reallıqlarla bağlı olduğu və Azərbaycanla bağlı mühüm yeniliklərin gözlənildiyi dönəmə təsadüf etməsi də diqqətdən yayınmamalıdır: "Bu gün terroru təbliğ edən radikalların və onların havadarlarının yenidən fəallaşması, Azərbaycana təhdidlər ünvanlamaları isə Gəncə hadisələrinin ildönümü ilə yanaşı, TANAP-ın istifadəyə veriləcəyi vaxta təsadüf edir. Qəribə deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə Ermənistan, bəzi dövlətlərdəki klerikal dairələr, ekstremistlər, xarici ölkələrə qaçmış, sadəcə, pula və məişət rahatlığının təminatına can atan bəzi azərbaycanlılar tərəfindən aparılan təmərküzləşmiş, təhlükəli ideoloji təxribat bu günlərdə yenidən canlanıb”.

Cərəyan edən hadisələrin təhlili zamanı ən ümumi qənaət bundan ibarətdir ki, Azərbaycanın müstəqil, qüdrətli, iqtisadi cəhətdən güclü, ictimai-siyasi baxımdan sabit ölkə olması, ölkəmizdə dinietnik zəmində hər hansı qarşıdurmanın baş verməməsi müəyyən qüvvələri ciddi narahat edir. Bu dini-ekstremist qüvvələr bir qayda olaraq fəaliyyətlərini daxili deyil, xarici maraqlara uyğun qurmağa, çirkin yolla maliyyə vəsaitləri əldə etməyə, Azərbaycanın beynəlxalq imicinə, mənafelərinə zərbə vurmağa, daxildə ictimai-siyasi vəziyyəti gərginləşdirməyə və son nəticədə məkrli niyyətlərini reallaşdırmağa çalışırlar. Lakin cəmiyyətdə din pərdəsi altında müəyyən dövlətlərin geosiyasi maraqlarının ifadəçisinə çevrilən, cəmiyyətdə xaosun və kataklizmlərin yaranmasına çalışan destruktiv qüvvələrin heç bir sosial bazasının olmadığı, onların dövlətin gücü qarşısında son dərəcə aciz olduqları da xüsusi qeyd edilməlidir. Şübhəsiz, ölkənin hüquq mühafizə orqanlarının indiyə qədər olduğu kimi, bundan sonra da ictimai-siyasi sabitliyi pozmağa, dövlətin demokratik imicinə xələl gətirməyə, qəsdən qarşıdurma yaratmağa xidmət edən bütün ekstremist qruplara qarşı qanun müstəvisində barışmaz mövqe tutacaqlarını əminliklə demək olar. Odur ki, belə qəsdlərlə, ucuz təbliğat üsulları ilə vətəndaşların dövlətə və hakimiyyətə olan etimadını zəiflətmək, ölkədə kriminogen vəziyyəti gərginləşdirmək mümkün deyildir.

Azərbaycanın yaxın tarixi keçmişisübut etmişdir ki, dövlətçiliyə edilmiş qəsdlər hakimiyyətin xalqla birliyi sayəsində fiasko ilə nəticələnir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlətə rəhbərliyinin ilk günlərindən milli maraq və həqiqi müstəqillik anlayışlarının Azərbaycan üçün həyati və prinsipial əhəmiyyət daşıdığını, respublikamızın hansısa dövlətin və geosiyasi güc mərkəzinin təsiri altına düşməyəcəyini, hərbi-siyasi platsdarm rolunu oynamayacağını qətiyyətlə bəyan etmişdir. Postsovet məkanında "məxməri inqilab dalğaları” üzərində hakimiyyətə yiyələnmiş bəzi "liderlər”in zorakı yolla hakimiyyətdən uzaqlaşdırılması, bəzilərinin hətta öz ölkələrinin parçalanmasına gətirib çıxarmış ciddi siyasi səhvlərə yol verməsi fonunda Azərbaycan son 16 ildə öz praqmatik, qətiyyətli liderinin rəhbərliyi altında daxili sabitlikdinamik inkişaf xəttini qoruyub saxlamış, qlobal maliyyə-iqtisadi böhranı şəraitində makroiqtisadi irəliləyişlərə nail olmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxilixarici siyasət nəticəsində müstəqil dövlətimizin öz siyasi dəstxəti, dövlətçilik siması, milli inkişaf yolu formalaşmışdır. İnsanlarımız tam əmindirlər ki, bu siyasət nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, əmin-amanlıq, tolerantlıq bundan sonra da qorunacaq, Azərbaycan inkişaf etmiş ölkələrlə eyni sırada dayanacaqdır.

 

İsaxan VƏLİYEV,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının professoru, hüquq elmləri doktoru

 

Azərbaycan.- 2019.-10 iyul.- S.6.