Prezident İlham Əliyev NATO Müttəfiq
Qüvvələrinin Avropadakı Ali
Komandanının başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Bakıda beynəlxalq əhəmiyyətli mühüm görüşlərin keçirilməsindən məmnunluq ifadə olundu.
Görüşdə Azərbaycan
ilə NATO arasında əməkdaşlıq, ölkəmizin
Əfqanıstanda "Qətiyyətli dəstək”
missiyasına töhfəsi məsələləri müzakirə
edildi.
Azərbaycan.-
2019.- 11 iyul.- S.2.