UNESKO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasının
bağlanışı münasibətilə ziyafət təşkil
olunub
İyulun 10-da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bağlanışı münasibətilə ziyafət təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ziyafətdə Azərbaycanın milli rəqsləri, mahnıları, eləcə də dünya musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, iyunun 30-dan iyulun 10-dək ölkəmiz UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edib. Bu tədbir UNESKO ilə ölkəmiz arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.
Bakı sessiyasında 2500-ə
yaxın nümayəndə iştirak edib. Sessiyada 29 nominasiya UNESKO-nun Dünya İrsi
Siyahısına daxil edilib.
Xan Sarayı ilə birlikdə Şəkinin
tarixi mərkəzi də bu
siyahıda yer alıb. Bunlardan
24-ü mədəni, 4-ü təbii və 1-i
qarışıq nominasiya idi.
Bununla da Dünya İrs
Siyahısında qorunan mədəni irs nümunələrinin sayı 1121-ə
çatıb. Burada qəbul edilən qərarlar
dünya mədəni irsinin
qorunmasına, gələcək nəsillərə
çatdırılmasına töhfə verəcək.
Azərbaycan.-
2019.-11 iyul.- S.5.