Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
Azərbaycanın Baş Nazirinin
müavini, Dayanıqlı İnkişaf üzrə Milli
Əlaqələndirmə Şurasının sədri Əli
Əhmədov Nyu-Yorkda Norveçin Beynəlxalq inkişaf
naziri Daq İnqe Ulstein və İsrailin Ətraf mühitin
mühafizəsi naziri, Təhlükəsizlik
Şurasının üzvü Zeev Elkin ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki,
norveçli nazirlə görüşdə ölkələrimiz
arasında münasibətlərin inkişaf perspektivləri, o
cümlədən alternativ və bərpa olunan enerji mənbələrinin
və enerji səmərəliliyinin artırılması
istiqamətində əməkdaşlığın genişləndirilməsi
barədə müzakirələr aparılıb. Bununla
yanaşı, dayanıqlı inkişaf üzrə təqdim
edilən Azərbaycanın ikinci Könüllü Milli
Hesabatının yüksək səviyyədə
hazırlandığı, inklüziv inkişaf və özəl
sektorun prosesə cəlb edilməsi məsələlərinin
hesabatda geniş işıqlandırılmasının təqdirəlayiq
olduğu qeyd edilib.
İsrailli nazirlə
görüşdə Əli Əhmədov İsrail-Azərbaycan
münasibətlərinin inkişaf etdiyini deyib, bu uğurlu əlaqələrin
gələcəkdə də davam etdiriləcəyinə əminliyini
bildirib. Zeev Elkin Azərbaycan ilə İsrail arasında daim
dostluq münasibətlərinin olduğunu, bu münasibətlərin
Dayanıqlı İnkişaf Məqsədlərinin icrası
istiqamətində yeni əməkdaşlıqlarla daha da
möhkəmlənəcəyini diqqətə
çatdırıb. Nazir ölkələrimiz arasında təhsil,
səhiyyə və digər istiqamətlərdə əməkdaşlığın
davam etdiyini, növbəti illərdə su və su resurslarının
səmərəli istifadəsi sahəsində Azərbaycanla əməkdaşlıq
etməyə hazır olduqlarını söyləyib, bununla əlaqədar
ölkəmizə səfər etmək niyyətini bildirib.
Görüşdə
Dayanıqlı İnkişaf Məqsədlərinin həyata
keçirilməsi istiqamətində Azərbaycanın
uğurlu addımlar atdığı və bu sahədə
ölkəmizin təcrübəsinin öyrənilməsinin
vacibliyi qeyd edilib.
Azərbaycan.-
2019.-18 iyul.- S.2.