XİN: “Azərbaycan Dilqəm
Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini
hər zaman diqqət mərkəzində
saxlayır”
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülməsinin beşinci ildönümü ilə bağlı açıqlama yayıb.
Bu barədə
AZƏRTAC-a XİN-in mətbuat xidmətindən məlumat
verilib.
Açıqlamada deyilir:
Bu gün azərbaycanlı
mülki şəxslər
Dilqəm Əsgərov
və Şahbaz Quliyevin Ermənistan tərəfindən girovluqda
saxlanılmasının beş ili tamam olur.
D.Əsgərov və Ş.Quliyev ölkəmizin Ermənistan
tərəfindən işğal
edilmiş Kəlbəcər
rayonunda valideynlərinin
məzarlarını ziyarət
edərkən Ermənistan
silahlı qüvvələri
tərəfindən girov
götürülüb, onların
yanında olan Həsən Həsənov
isə qətlə yetirilib. Azərbaycanın işğal
edilmiş ərazilərində
yaradılmış oyuncaq
separatçı rejim
tərəfindən uydurma
iddialar əsasında
mülki şəxslərimiz
üzərində quruma
"məhkəmə” təşkil
edilərək, D.Əsgərov
"ömürlük”, Ş.Quliyev
isə 22 il müddətinə azadlıqdan
məhrum edilib.
Bu iki azərbaycanlı mülki
şəxsin Ermənistan
girovluğunda keçən
hər bir günü işgəncə
altında keçən
növbəti bir gündür. D.Əsgərov və Ş.Quliyevin
girov götürülməsindən
əvvəlki və sonrakı görüntüləri
onların girovluqda saxlandıqları müddətdə
qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə
məruz qaldığını
açıq şəkildə
sübut edir.
Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü
nəticəsində ölkəmizin
Dağlıq Qarabağ
və ətraf yeddi rayonu işğal
olunub. İşğal edilmiş ərazilərdə
etnik təmizləmə
nəticəsində bir
milyondan çox azərbaycanlı, o cümlədən
D.Əsgərov və
Ş.Quliyevin də ailə üzvləri öz doğma yurd-yuvalarından, mülklərindən
didərgin salınıb.
Beynəlxalq hüququn
imperativ norma
və prinsiplərinə
görə güc tətbiqi və ya güc təhdidi
vasitəsilə ərazilərin
əldə edilməsi
heç bir halda qanuni hesab
oluna bilməz. Bu prinsip Ermənistan-Azərbaycan
münaqişəsi ilə
bağlı BMT Təhlükəsizlik
Şurasının 1993-cü il tarixli
822, 853, 874, 884 saylı qətnamələrində
bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində
işğalçı qüvvələrin
Azərbaycanın bütün
işğal olunmuş
ərazilərindən dərhal,
tam və qeyd-şərtsiz
çıxarılması tələb
olunur, həmçinin
münaqişənin həllinin
beynəlxalq humanitar hüquqi əsasları müəyyən olunaraq, məcburi köçkünlərin
öz doğma torpaqlarına qayıtması
hüququ təsbit olunur.
Beynəlxalq hüququn
norma və prinsiplərinə, BMT Nizamnaməsinə
zidd olaraq Ermənistan Respublikasının
Azərbaycan Respublikasına
qarşı təcavüzkar
siyasətinin başladığı
vaxtdan bu günədək münaqişə
nəticəsində 3888 Azərbaycan
vətəndaşı itkin
düşüb, onlardan
718-i mülki şəxslərdir,
o cümlədən 266 qadın,
71 uşaq və 326 yaşlı şəxs itkin düşmüş mülki vətəndaşlarımız
sırasındadır.
Ermənistan mülki
şəxslərin girov
götürülməsini qadağan
edən və hərbi münaqişələr
zamanı mülki şəxslərə münasibətdə
humanist davranış tələb
edən 1949-cu il Cenevrə konvensiyaları və onların Əlavə protokollarının
müddəalarına zidd
olaraq, beynəlxalq səviyyədə üzərinə
götürdüyü öhdəliklərini
kobud şəkildə
pozmaqda davam edir və Azərbaycan
tərəfinin humanitar
hüquq normalarına
əməl olunmasına
və hər iki tərəfdə saxlanılmış mülki
şəxslərin "hamının
hamıya” prinsipi əsasında tez bir zamanda qarşılıqlı
surətdə azad edilməsinə dair çağırışlarına məhəl qoymur.
Ermənistan tərəfindən
qeyri-insani davranış
nümayiş etdirilərək
beş il
ərzində ağır
şərtlər altında
D.Əsgərov və
Ş.Quliyevin girovluqda
saxlanılması və
digər bu xüsusda olan əməlləri münaqişənin
danışıqlar yolu
ilə həllinə ciddi zərbə vurur və gərginliyin
daha da artmasına
xidmət edir. Əgər Ermənistan tərəfi,
dəfələrlə bəyan
etdiyi kimi, "münaqişənin yalnız
sülh yolu ilə həlli üçün müvafiq
şəraitin yaradılmasına”
həqiqətən də
nail olmaq istəyirsə,
o zaman qanunsuz şəkildə girovluqda
saxladığı Azərbaycanın
mülki şəxslərinin
azad olunması istiqamətində addımlar
atmalıdır.
Xatırladırıq ki, Avropa İnsan Hüquqları Məhkəməsi
"Çıraqov və
digərləri Ermənistana
qarşı” işi üzrə işğalçı
tərəf kimi Ermənistanın məsuliyyətini
müəyyən etməklə
yanaşı, azərbaycanlı
məcburi köçkünlərin
öz evlərinə və ya daimi
yaşayış yerlərinə
qayıtmaq hüququnu
bir daha təsdiq edib, mülk və əmlakın qaytarılması
ilə əlaqədar
hüquqi və texniki məsələlərlə
bağlı beynəlxalq
humanitar hüquq və insan hüquqlarının
müvafiq standart və prinsiplərinin şamil edilməli olduğunu təsbit edib. Məhkəmənin qərarının 195-ci paraqrafında göstərildiyi
kimi, hazırkı şəraitdə azərbaycanlıların
öz evlərinə qayıtmasına başlıca
əngəl Ermənistan
qoşunlarının işğal
edilmiş ərazilərdə
davam edən mövcudluğu və atəşkəsin pozulmasıdır.
Girovluqda olan soydaşlarımızın tezliklə
azad edilməsi və ailə üzvlərinə qovuşması
üçün ali humanizm prinsiplərini rəhbər
tutaraq bütün beynəlxalq ictimaiyyəti,
xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini, aidiyyəti
beynəlxalq təşkilatları
və qeyri-hökumət
təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə
çağırırıq.
Azərbaycan D.Əsgərov və Ş.Quliyevin azad edilməsi məsələsini
hər zaman diqqət mərkəzində
saxlayır və mülki şəxslərimizin
azad olunması üçün zəruri
tədbirlər bundan sonra da davam
etdiriləcək”.