İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium panellərlə davam edib

 

İyulun 11-də Bakıda keçirilən "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsində panellər təşkil edilib.

AZƏRTAC xəbər verir ki, "İslam mədəniyyətinin Qafqazda dini ictimai həyata təsirimövzusunda panel Türkiyənin "İzmir Katib ÇelebiUniversitetinin rektoru Saffet Köse Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz Ural-Volqa Tədqiqat Mərkəzinin elmi işçisi Şamil Kaşafın moderatorluğu ilə keçirilib.

Paneldə "Azərbaycanda İslam mədəniyyətinin təkamül yönləri”, "Cənubi Qafqazda İslam mədəniyyətinin öyrənilməsində arxeoloji tədqiqatların rolu əhəmiyyəti, "Xilafət dövründə Azərbaycanda pul dövriyyəsi sikkə zərbi”, "İslam dininin Azərbaycan şifahi xalq dastanlarının təşəkkülündə rolu”, "Azərbaycanda tolerantlıq, dini etnik rəngarənglik keçmişdən bugünə (Şirvanşahlar dövlətinin nümunəsində)”, "Azərbaycanın XVIII - XX əsrin əvvəllərinə aid maddi-mədəni irsində inanc sistemi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)”, "Cənubi Azərbaycanın Xalxal bölgəsinin sosial-mədəni inkişafında dini müəssisələrin-zaviyələrin rolu (XVIII əsrin əvvəlləri)”, "Müasir Azərbaycan ailə institutunun qorunmasında İslam dəyərlərinin rolu”, "Azərbaycanın Sumqayıt şəhərində müasir dini durum” digər mövzularda məruzələr dinlənilib.

"Qafqazda İslam elmlərinin inkişafımövzusunda ikinci paneldə Bilecik Universitetinin təsisçi rektoru, professor Azmi Özcan İstanbul Universitetinin İlahiyyat fakültəsinin dekanı, professor Murteza Bedir moderatorluq edib.

Məruzəçilər "Axund Mir Məhəmməd Kərim Bakuvinin dini vəhdət anlayışı təmsiletmə təcrübəsi”, "Naxçıvanın görkəmli İslam alimləri”, "Qurani-Kərim”in Azərbaycan dilinə tərcümə edilməsində H.Z.Tağıyevin rolu”, "Ərəb dilçiliyinin formalaşması inkişafına İslamın təsiri”, "Son dönəm Qafqaz alimlərindən Müslüm əl-Uradi”, "Molla Sədra düşüncəsində fəlsəfə-din münasibəti digər mövzularda çıxışlar ediblər.

Günün birinci hissəsində "Qafqazda İslam memarlığı, incəsənəti ədəbiyyatımövzusunda təşkil olunan sonuncu paneldə Moldova Elmlər Akademiyası Tarix, Dövlət Hüquq İnstitutunun elmi işçisi, dosent Olqa Radova, ABŞ-ın Corciya Universitetinin Din kafedrasının müəllimi, dosent Alan Qodlas moderatorluq ediblər.

Paneldə "Azərbaycanda İslam dövrü keramikası”, "Şirvani məktəbinə xas yazı mədəniyyəti”, "Türkdilli Qafqaz xalqlarının incəsənəti İslam sivilizasiyası”, "İslami naxışlara elmi-məntiqi yanaşmada fəza təfəkkürünün rolu”, "Nizami, Nəsimi, Füzuli Mirzə Əbülxaliq Yusifin poetik obrazlarında emosional zəka”, "Azərbaycanın işğal olunmuş ərazilərində erməni vandalizminə məruz qalmiş ilk Orta əsrlər maddi mədəniyyət abidələri”, "Gəncədə multikulturalizm ənənələrinin tədqiqində İslam dövrü tarixi-memarlıq abidələrinin əhəmiyyəti”, "Dağıstan ərəb əlyazmalarının rəqəmsal arxivi: tədqiqat, təsvir verilənlər bazası digər mövzularda məruzələr dinlənilib.

"İslam mədəniyyətinin Qafqazda dini ictimai həyata təsirimövzusunda paneldə Ukraynanın "Ostroq AkademiyasıMilli Universitetinin İslamşünaslıq Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Mixail Yakuboviç Rusiyanın K.L.Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetinin Rusiya tarixi Qafqazşünaslıq kafedrasının müdiri, Şimali Osetiya-Alaniya Respublikası Tarix Arxeologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Ruslan Bzarov moderatorluq edib.

Paneldə "Müasir Gürcüstanda İslam dövlət”, "Postklassik dövrdə (XIII - XVIII əsrlərdə) İslam intellektual ənənəsi: əsas xüsusiyyətlər”, "Sivilizasiyalararası münasibətlər kontekstində Qərbin İslama baxışı Cənubi Qafqazda təsirləri”, "İslamda insana münasibət”, "Şimali Qafqazda İslam totalitarizm digər mövzularda məruzələr dinlənilib müzakirələr aparılıb.

"Azərbaycanda tolerantlıq multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolumövzusunda keçirilən paneldə isə İslam Tarixi, İncəsənəti Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktorunun məsləhətçisi, professor Sadık Ünay, Moskva Dövlət Psixoloji-Pedaqoji Universiteti Etnopsixologiya çoxmədəniyyətli təhsilin psixoloji problemləri kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Olqa Pavlova moderatorluq edib.

Paneldə "Müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu”, "İslamofobiya ilə mübarizədə Azərbaycan Respublikasının multikulturalizm İslam həmrəyliyi siyasətinin əhəmiyyəti”, "İlham Əliyev siyasətində azərbaycançılıq ideologiyası: tolerantlıq multikulturallıq zəminində”, "İrəvanın tarixi-mədəni irsinin ərəb-İslam dünyasında tanıtdırılmasında AMEA Tarix İnstitutunun rolu”, "Müasir dövr mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi”, "Müasir dövrdə Azərbaycanın multikulturalizm modeli”, "Dini-tarixi abidələrin təmir bərpasında Heydər Əliyev Fondunun rolu”, "Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında məhv edilmiş tarixi-mədəni irsimiz”, "Dini tolerantlıq humanizm: Prezident İlham Əliyevin ideal modeli digər mövzularda müzakirələr aparılıb.

Bildirilib ki, müxtəlif etnos dinlərin qovuşduğu ölkəmizdə tarixən formalaşmış multikultural mühit beynəlxalq aləmdə alqışlanır mütərəqqi model kimi qəbul edilir. Məhz bu cür yanaşma milli birlik təhlükəsizliyin təminatı baxımından son dərəcə zəruri olan multikultural cəmiyyət modelinin formalaşmasına imkan yaradıb. Respublikamızdakı mövcud tolerant multikultural mühit barədə beynəlxalq ictimaiyyət ətraflı məlumatlandırılmalı, bu sahələrdə əldə olunmuş nailiyyətlər qlobal miqyasda təbliğ olunmalıdır.

Günün sonuncu - "Qafqazda İslamın yayılmasımövzusundakı paneldə Rusiyanın İslam Mədəniyyəti Elm Təhsilə Dəstək Fondunun direktor müavini Vyaçeslav Polosin AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov moderatorluq edib.

Maraqlı müzakirələrlə davam edən paneldə məruzəçilərin "Xəzər xaqanlığında İslamın yayılması”, "Azərbaycanda İslamın yayılması xüsusiyyətlərinə dair”, "Azərbaycanda İslam dininin ilkin vaxtlarında sosial-iqtisadi vəziyyət haqqında”, "Tiflis ətraf ərazilərdə İslamın yayılması digər mövzularda çıxışlar dinlənilib.

İki gün davam edəcək "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium 11 paneli əhatə edir. Simpoziumda 100-dən çox məruzəçinin çıxışları dinlənilir.

Tədbirin materialları kitab halında çap olunacaq.

 

Azərbaycan.- 2019.- 12 iyul.- S.8.